Akademik Rasim Əliquliyev: “Elektron elmin formalaşdırılmasına diqqət artırılır” Mart 04, 2021 | 08:45 / Konfranslar, iclaslar

Bu gün AMEA-nın vitse-prezidenti, akademik Rasim Əli­qu­li­yevin rəhbərliyi ilə AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinin, AzScienceNet elm kompüter şəbəkəsinin, FRTEB-in, eləcə də AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin müvafiq əməkdaşlarının iştirakı ilə onlayn müşavirə keçirildi.

Tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev qeyd etdi ki, son dövr­lər­də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə AMEA-da aparılan kompleks islahatların mühüm bir hissəsini elmi müəssisələrin strukturunun yenilənməsi, idarəetmənin təkmilləşdirilməsi, elmin maliyyələşdirilməsinin optimallaşdırılması, o cümlədən, elmi tədqiqat planlarının müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq şəkildə müəyyənləşdirilməsi  təşkil edir. Qeyd olunan istiqa­mət­lərdə aparılan islahatlar, eləcə də elektron elmin formalaşdırılması və inkişaf etdirilməsi Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının informasi­ya­­laşdırıl­ma­sı­nın genişləndirilməsini və qarşıda duran vəzi­fə­­lərin müzakirəsini zəruri etmişdir. Alim qeyd etdi ki, respublikanın elmi qurumlarında aparılan tədqiqatların təşkili və idarə olunmasında koordinasiya işlərinin effektivliyinin yüksəldilməsi üçün müasir elektron elm texnologiyalarının imkanlarından geniş istifadə olunmasına böyük ehtiyac vardır.

Onlayn tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti Aparatının Elmi tədqiqatların əlaqələn­di­ril­mə­si şöbəsinin müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova xatırlatdı ki, Azərbaycan Res­publikasının Nazirlər Kabinetinin 20 fevral 2018-ci il tarixli Qərarı ilə Azərbaycan Res­pub­li­ka­sı­nın Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılmışdır. Onun sözlərinə görə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) dəstəyi ilə 2016-cı ildə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində müvafiq elmi problemlər üzrə fəaliyyət göstərən 16 elmi şuranın veb-saytı hazırlanmış, 2019-cu ilin iyunundan 2020-ci ilin avqust ayınadək olan dövr ərzində 123 elmlər doktorluğu və 427 fəlsəfə doktorluğu üzrə elmi-tədqiqat işlərinin mövzusu qeydiyyata alınmışdır.

AMEA Rəyasət Heyətinin 04 fevral 2021-ci il tarixli Qərarı ilə Respublika Elmi Təd­qi­qat­la­rın Əlaqələndirilməsi Şurasının nəzdində yaradılan 6 yeni problem şurasının infor­ma­si­ya­laşdırılması məsələsinə toxunan Rəna Qasımova müvafiq problem şuralarının veb-saytlarının hazır­lanması, səmərəli şəkildə istismarının təmin edilməsi, informasiyaların saxlanılması və ar­xiv­ləş­dirilməsi üçün zəruri kompüter və yaddaş qurğularının əldə olunması, informasiyaların əl­ça­tan­lı­ğının təmin edilməsi və s. kimi mühüm məsələlərə diqqət çəkdi.

Onlayn tədbirdə çıxış edən İTİ-nin elmi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə dok­to­ru Rəşid Ələkbərov İnformasiya sistemlərinin yaradılmasının konseptual məsələləri, arxitektur prinsipləri, həmçinin verilənlər bazalarının AzScienceNet elm kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində yerləşdirilməsi məsələlərinə diqqəti çəkdi.

Daha sonra akademik Rasim Əliquliyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şura­sı­nın informasiyalaşdırılması istiqamətində qarşıda duran bir sıra mühüm məsələlərdən, bütövlükdə, elektron elmin formalaşadırılmasının təşkili və menecmentinin daha yüksək səviyyədə həyata keçirilməsinin zərurətindən danışdı.

Onlayn müşavirədə müzakirəyə çıxarılan ikinci məsələ “Elmi Kadrlar” Milli İnformasiya Sisteminin formalaşdırılması və istismar vəziyyəti ilə bağlı idi. Bununla əlaqədar çıxış edən  AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin baş mütəxəssisi texnika üzrə fəlsəfə doktoru Dil­qu­şa Mirzəyeva qeyd etdi ki, bu sistem “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə yaradılıb. Onun sözlərinə görə, “Elmi Kadrlar” Milli İnformasiya Sistemi istismara təqdim edildikdən sonra ötən müddət ərzində ümumilikdə AMEA-nın müvafiq elmi müəssisələrində çalışan 4052 nəfər qeydiyyatdan keçib.

Tədbirdə, həmçinin Milli İnformasiya Sisteminin imkanlarından söhbət açıldı, vurğulandı ki, elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmil­ləş­di­ril­məsi, eləcə də təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqinin və qiymət­lən­diril­məsi­nin apa­rıl­ma­sı sistemin əsas prioritet istiqamətlərindəndir. Sistem, həmçinin elmmetrik və analitik qiymət­lən­dirmələrin aparılması, müxtəlif kombinasiyalı sorğular əsasında hesabatların əldə olunması və elektron hesabat formalarının hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov Milli İnformasiya Sisteminin istismarı ilə bağlı qarşıya çıxan problemlərin aradan qaldırılması barədə danışdı. Qeyd etdi ki, sistemdə elmi kadrların müvafiq məlumatlarının mütəmadi olaraq yenilənməsi və məsul şəxslər tərəfindən diqqət mərkəzində saxlanılması vacibdir.

Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olundu, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı