AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev GEANT-ın onlayn tədbirində iştirak edib Fevral 26, 2021 | 05:07 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev fevralın 24-də “GEANT Strategy Infoshare” (GEANT Məlumat Paylaşımı) mövzusunda keçirilən onlayn seminarda  iştirak ediblər.

Tədbirdə GEANT Assosiasiyasının son strategiyası ilə bağlı müzakirələr aparılıb. Tədqiqat və təhsil şəbəkələrinin nümayəndələri öz fikirlərini bölüşüblər.

Strategiya, GEANT Assosasiyasının çətiri altında əməkdaşlıq çərçivəsində fəaliyyətlərin həyata keçirilməsini hədəfləyir və ilk növbədə GEANT Assosasiyası ilə əməkdaşlıq edən tədqiqat və təhsil şəbəkələri üçün nəzərdə tutulmuşdur. Strategiyada tədqiqat və təhsil cəmiyyətinin inkişafına imkan verən xidmət və infrastruktur ilə təmin etmək üçün əməkdaşlıq, eləcə də tədqiqat və təhsili innovativ və etibarlı məlumat infrastrukturu ilə gücləndirmək əsas missiya kimi qəbul edilmişdir. 

Davamlı,  innovativ və etibarlı infrastrukturlar və xidmətlər təklif edərək  təhsil və tədqiqat cəmiyyətinin tələblərini qarşılamaq, tədqiqat və təhsil şəbəkələrinin həm fərdi, həm də kollektiv olaraq daha yaxşı fəaliyyət göstərməsini təmin etmək üçün əməkdaşlıq etmək və bilikləri bölüşmək strategiyanın əsas məqsədləridir.  Strategiya 2021-2026-cı illəri əhatə edir. 

Qeyd edək ki, 2020-ci ildə strategiyanın müxtəlif istiqamətləri ilə bağlı müzakirələrin aparılması üçün bir sıra onlayn görüşlər təşkil olunmuşdur. Noyabrda keçirilən Ümumi Assambleyanın iclasında strategiyanın yeni variantı təqdim edilmişdir. Həmin iclasda razılaşdırıldığı kimi, bir neçə tədqiqat və təhsil şəbəkəsi e-poçt vasitəsilə strategiyaya dair öz fikirlərini bildirmişdilər.

Ümumi Assambleyanın mart ayında keçiriləcək növbəti iclasında isə strategiyanın son variantının qəbul edilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı