Elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə metodlar işləniləcək Fevral 17, 2021 | 02:36 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2021-ci il üzrə fəaliyyət planı müzakirə olundu.  Texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti kimi “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” mövzusu üzrə informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılacağını diqqətə çatdırdı.

Bildirdi ki, bu istiqamətdə elektron dövlətin əsas tərkib hissəsi kimi “e-learning” təhsilin bütün forma və səviyyələrində ümumi təhsil fəzasının yaradılmasında konseptual baxışlar araşdırılmış, elektron təhsil mühitinin formalaşmasında əsas komponent kimi qiymətləndirmə göstəriciləri işlənmiş, elektron tədris müəssisələrində Big Data texnologiyalarının tətbiqi məsələlərinə baxılmış və elektron təhsil mühitində intellektual analiz metodları tətbiq edilmişdir.

Elmi-pedaqoji fəaliyyət haqqında məlumat verən məruzəçi cari ildə magistrantlara “İnternet texnologiyaları” fənninin tədris olunacağını söylədi.

Şöbə rəhbəri qeyd etdi ki, elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə metodların işlənməsi, onun idarə edilməsi üçün Data Mining imkanlarının araşdırılması, fərdiləşməsi üzrə metod və alqoritmlərinin tədqiqi, eləcə də e-təhsildə sosial şəbəkələr üzrə təhsil kontentinin idarə edilməsi məsələləri, biliklərin idarə edilməsi üzrə metod və alqoritmlərin tədqiqi, bulud texnologiyasının əsasında təhsil kontentlərinin formalaşması və mühafizəsinin, eləcə də elektron tədris mühitində Big Data texnologiyalarının tətbiqinə dair araşdırmalar da bu istiqamətdə yerinə yetiriləcək işlər sırasındadır.

F.Ağayev, həmçinin şöbənin elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı 2021-ci ildə görüləcək tədbirləri diqqətə çatdırdı. O, informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqların inkişaf etdirilməsi üzrə standartların araşdırılacağını da vurğuladı.

Fəaliyyət planına dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, elektron təhsil mühitinin formalaşması məsələlərinin dərindən araşdırılmasının, dünyada bu sahədə beynəlxalq təcrübənin tədqiqinin vacibliyini qeyd etdi.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı