Elmi tədqiqatçıların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodlar işləniləcək Fevral 05, 2021 | 10:18 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2021-ci il üçün fəaliyyət planı onlayn formada müzakirə edildi. İnstitutun şöbə müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbədə aparılacaq elmi-tədqiqat işlərindən söz açaraq, elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, cari ildə elmi təşkilatların, tədqiqatçıların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodların işlənilməsi nəzərdə tutulur.

M.Səidova antiplagiat sistemlərinin analizi və milli antiplagiat xidmətinin yaradılması konsepsiyasının işlənilməsi ilə bağlı görüləcək işlərdən danışdı. Məruzəçi DOI-verilənlərin intellektual analizi (DOI-data mining), bibliometrik verilənlərin intellektual analizi əsasında elmin perspektiv istiqamətlərinin müəyyən edilməsi ilə bağlı tədqiqatların planlaşdırıldığını diqqətə çatdırdı. Bildirdi ki, bununla yanaşı e-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması, qəbul olumuş standartlardan və təcrübələrdən istifadə etməklə Azərbaycan dili biliklərinin qiymətləndirilməsi meyarlarının işlənilməsi, Azərbaycan dili biliklərinin qiymətləndirilməsində müasir İKT-nin tətbiqi, İKT vasitəsilə dil biliklərinin qiymətləndirməsi (özünüqiymətləndirmə) konsepsiyasının işlənməsi istiqamətində araşdırmalar aparılacaq.

Məruzəçi cari il üzrə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi və yayılması ilə əlaqədar bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirdi. Həmçinin beynəlxalq elmi-texniki cəmiyyətlərə və rəqəmsal kitabxanalara üzvlüklə əlaqədar işlərin davam etdiriləcəyini vurğuladı.

Sonra şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışan M.Səidova cari ildə “Exlibris” şirkəti ilə Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi və müşayiəti ilə əlaqədar əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyini bildirdi.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlərdən bəhs etdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini qeyd edərək, tədqiqatların davam etdirilməsinin zəruriliyini vurğuladı.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı