Proqram mühəndisliyinin nəzəri əsasları üzrə elmi tədqiqatlar davam etdirilir Fevral 03, 2021 | 10:45 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin 2021-ci il üçün fəaliyyət planı onlayn formada müzakirə edildi. İnstitutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov şöbənin cari il üzrə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi.

O, bildirdi ki, cari ildə proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması və informasiya təhlükəsizliyinin təmin olunması problemləri üzrə müxtəlif mövzularda tədqiqatların aparılması planlaşdırılır.

Verilənlərin intellektual analizini (Data Mining) tətbiq etməklə loq faylların (proqram sistemləri üçün) emalı üçün metodun işlənilməsi, əşyaların İnternetindən (İoT) istifadə etməklə intellektual proqram sistemi üçün modelin işlənilməsi, intellektual proqram sistemlərinin sintezi üçün modelin işlənilməsi nəzərdə tutulur.

Həmçinin cari ildə proqram sistemlərində baş verən xətaların səbəbləri və proqram sistemlərinin dayanıqlılığının təmin edilməsi metodlarının araşdırılması, müqayisəli təhlili, proqram sistemlərinin dayanıqlılığının təmin edilməsi üçün metodun işlənilməsi, proqram sistemlərinin modullarında səhvlərin aşkarlanması üçün metodun işlənilməsi, Proqram vasitələrinin intellektual sınaq metodlarının təhlili,  sınağının avtomatlaşdırılması vasitələrinin seçilməsi üsullarının araşdırılması, zərərli proqram təminatının statik və dinamik analizi metodlarının tədqiqi  planlaşdırılır.

Məruzəçi qeyd etdi ki, İnternet mühitində uşaqların ziyanlı informasiyadan qorunması üçün kontent filtrasiyası üsulunun işlənməsi, uşaqların İnternet mühitində qorunması üçün ekspert sisteminin işlənilməsi, loq faylların təhlili əsasında uşaqların İnternet asılılığının qiymətləndirilməsi  nəzərdə tutulur.

T.Kazımov şöbə əməkdaşlarının elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda nəzərdə tutulan iştirakı və tanınmış elmi jurnallarda məqalələrin dərci ilə bağlı görüləcək işlər haqqında da məlumat verdi, elmi-innovasiya fəaliyyəti çərçivəsində müxtəlif elmi-texniki ekspertiza işlərinin cari ildə də həyata keçiriləcəyini diqqətə çatdırdı.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında ətraflı məlumat verdi.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı