Elmi nəticələrin kommersiyalaşdırılması proseslərinin idarə olunması problemləri tədqiq olunacaq Fevral 02, 2021 | 01:00 / Konfranslar, iclaslar

Mobil, bulud, süni intellekt texnologiyalarının və kiberfiziki sistemlərin iqtisadi xüsusiyyətlərinin araşdırılması, IV Sənaye inqilabı platformasında data iqtisadiyyatının formalaşması xüsusiyyətlərinin müəyyənləşdirilməsi, elmi  nəticələrin, elmi innovasiyaların  formalaşdırılması və kommersiyalaşdırılması proseslərinin idarə olunması  problemlərinin tədqiqi və işlənilməsi cari il üzrə 8 saylı şöbənin tədqiqat istiqamətləri sırasındadır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının bu gün keçirilən növbəti onlayn iclasında iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi 8 saylı şöbənin 2021-ci il üçün fəaliyyət planını təqdim etdi. Cari ildə informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi elmi istiqamətində informasiya və bilik iqtisadiyyatı problemləri üzrə elmi-tədqiqat işlərinin yerinə yetiriləcəyini diqqətə çatdırdı.

Şöbə müdirinin sözlərinə görə, cari ildə bu problem üzrə “İnformasiya iqtisadiyyatı  sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusunda “Müasir sosial-iqtisadi və ictimai-siyasi şəraitdə İKT sferasının effektiv infrastrukturunun formalaşması və idarə olunması xüsusiyyətlərinin tədqiqi”, “İnformasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivliyinin qiymətləndirilməsi göstəricilərininvə meyarlarının  işlənilməsi”, “İnformasiya iqtisadiyyatı sektorlarının  regional və sektorial inkişafının təhlili  və qiymətləndirilməsi üçün iyerarxik indikatorlar sisteminin işlənilməsi”, “İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının  formalaşması və idarə olunması xüsusiyyətlərinin tədqiqi”, “Mobil, bulud texnologiya, süni intellekt və kiber-fiziki sistemlərin iqtisadi xüsusiyyətlərinin tədqiqi”, “IV Sənaye inqilabı platformasında data iqtisadiyyatının formalaşması xüsusiyyətlərinin tədqiqi” kimi mərhələlərdə araşdırmaların aparılmasıyla yanaşı iki dissertasiya işinin müdafiəsi də nəzərdə tutulmuşdur.

Ə.Əliyev “Elmi innovasiyaların və elmi nəticələrin kommersiyalaşdırılması perspektivlərinin tədqiqi və təkliflərin işlənilməsi” mövzusunda “Elmi  nəticələrin və elmi innovasiyaların formalaşdırılması xüsusiyyətlərinin tədqiqi”, “İKT sferasında elmi  işləmələrin və innovasiyaların formalaşdırılması xüsusiyyətlərinin tədqiqi”, Elmi-texnoloji innovasiyaların formalaşdırılması və kommersiyalaşdırılması proseslərinin idarə olunması problemlərinin tədqiqi və müvafiq tövsiyələrin işlənilməsi” kimi mərhələlərin də işlənilməsinin planlaşdırıldığını vurğuladı.

Məruzəçi bildirdi ki, “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların işlənməsi” mövzusunda “Elmi texnoparkların fəaliyyətinin kompleks qiymətləndirilməsi üçün  çoxkriteriyalı ekspert metodunun işlənilməsi”  planlaşdırılır.

Ə.Əliyev şöbədə həmçinin “Rəqəmsal  iqtisadiyyatın inkişaf  səviyyəsinin ölçülməsi metodlarının  tədqiqi”  üzrə magistr dissertasiyasının işlənildiyini qeyd etdi.

O, bildirdi ki, qeyd olunan tədqiqat istiqamətləri üzrə informasiya iqtisadiyyatı  sektorlarının formalaşması problemlərinin tədqiqi, innovativ perspektivliyinin qiymətləndirilməsi göstəricilərinin və meyarlarının işlənilməsi və innovativ perspektivlərinin çoxkriteriyalı analiz üsulları vasitəsilə ekspert qiymətləndirilməsi metodikasının, eləcə də informasiya iqtisadiyyatı sektorlarının regional və sektorial inkişafının təhlili və qiymətləndirilməsi üçün iyerarxik indikatorlar sisteminin işlənilməsi, müasir sosial-iqtisadi və ictimai-siyasi şəraitdə İKT sferasının effektiv infrastrukturunun formalaşması və idarə olunması xüsusiyyətlərinin tədqiqi, bəzi müasir texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarəolunmasının konseptual modelinin işlənilməsi planlaşdırılır.

Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən bəhs edərək bu istiqamətdə institutun innovativ fəaliyyəti ilə bağlı bəzi xarici və respublika səviyyəli təşkilat və müəssisələrlə əlaqələrin qurulması, SOCAR-ın Elm Fonduna “Nef-qaz kompleksində yaşıl iqtisadiyyatın formalaşması və inkişafı üzrə ekonometrik modellərin işlənilməsi” 2021-2022-ci illər üçün elmi tədqiqat proqramları ilə bağlı multidisiplinar layihənin təqdim olunması, Elmin İnkişafı Fonduna Elektron tullantıların idarə olunması problemlərinin analizi, proqram mühəndisliyinin iqtisadi problemləri və e-tibblə bağlı mövzularında təqdim olunan qrant layihələrdə ehtimal olunan iştirakın həyata keçiriləcəyini söylədi. 

Həmçinin “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə Tədbirlər Planında informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn məsələlərin yerinə yetirilməsində, digər Dövlət Proqramlarında institutun informasiya iqtisadiyyatı və innovasiya fəaliyyəti ilə əlaqədar müvafiq bəndlərin icrasında iştirakla bağlı işlərdə nəzərdə tutulur.

Ə.Əliyev 2021-ci ildə şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin nəşrinin qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirdi.

Şöbə müdiri beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına dair görüləcək tədbirlərdən söz açaraq bu məqsədlə Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı, Türkiyə Texniki Universitetinin Texnoparkı, Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu, Sistemli analiz İnstitutu, Rusiya EA İdarəetmə Problemləri İnstitutu,  Moskva Milli Tədqiqat Universiteti və Ali İqtisadiyyat Məktəbi, Tbilisi Dövlət Universiteti və s. ilə əlaqələrin qurulmasının planlaşdırıldığını vurğuladı.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elmi innovasiyaların kommersiyalaşdırılması haqqında və İKT əsasında formalaşan yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının sosial iqtisadi aspektlərinin, informasiya və biliklər iqtisadiyyatının qiymətləndirilməsi problemləri və digər istiqamətlərdə aparılan tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd etdi və bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğuladı.

Sonda fəaliyyət planı ətrafında fikir mübadiləsi aparıldı. Təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2021-ci il üçün fəaliyyət planı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı