Big Data üçün istifadə olunan proqramlaşdırma dilləri araşdırılıb Yanvar 07, 2021 | 04:28 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın  “Study and Comparative Analysis of Programming Languages Used for Big Data” (Big Data üçün istifadə olunan proqramlaşdırma dillərinin araşdırılması və müqayisəli təhlili) adlı məqaləsi “Review of Information Engineering and Applications” adlı beynəlxalq elmi jurnalda dərc olunub.

Tədqiqat işində sənaye inqilabları haqqında məlumat verilmiş, 4-cü sənaye inqilabı təhlil edilmişdir. Dördüncü sənaye inqilabı özündə qeyri-sabit artımın və dünyada mövcud olan böyük sistemlərin mümkün risklərini yüksəldir. Bununla əlaqədar olaraq onun gəlməsi çağırış kimi qəbul edilir. Məqalədə 4-cü sənaye inqilabının əsas texnologiyaları aydınlaşdırılmışdır. Böyük verilənlərin texnologiyaları eyni vaxtda müxtəlif tipli verilənləri emal etməyə imkan verir. Texnologiyalar içərisində böyük verilənlər xüsusi əhəmiyyətə malikdir. Adi verilənlərlə böyük verilənlərin  fərqi ondan ibarətdir ki, Big Data-nın həcmi terabaytdan başlayır. 

Məqalədə, həmçinin Böyük verilənlər üçün istifadə olunan proqramlaşdırma dilləri geniş analiz edilmişdir. Onların oxşar və fərqli cəhətləri müqayisə edilmişdir.

Qeyd edək ki, “Review of Information Engineering and Applications”  jurnalı “CNKI Scholar”, “Crossref”, “Google Scholar”, “Microsoft Academic Search”, “Academic Resource Index”, “CiteFactor” kimi nüfuzlu elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı