Terminoloji proseslərin idarə olunmasının informasiya təminatı məsələləri tədqiq olunub Noyabr 20, 2020 | 12:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında 5 saylı şöbənin 2020-ci il ərzindəki fəaliyyəti müzakirə olundu. Şöbə müdiri Səyyar Abdullayev hesabatı təqdim edərək informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin tədqiq edildiyini dedi.

Məruzəçi bildirdi ki, cari ildə milli terminoloji sistem əsasında terminoloji proseslərin idarə edilməsi və təşkili, bu proseslərin idarə olunmasının əsas prinsipləri, informasiya təminatı  məsələləri, eləcə də qərarqəbuletmə xüsusiyyətləri üzrə araşdırmalar aparılmışdır.

S.Abdullayev elmi-innovasiya və praktiki fəaliyyət çərçivəsində informasiya texnologiyaları üzrə ən müasir terminlərin işlənilməsi ilə bağlı görülən işləri təqdim etdi. Həmçinin qeyd etdi ki, “İnformasiya texnologiyaları üzrə müasir terminlər lüğəti” artıq çap mərhələsindədir.

O, hesabat ilində elmi-pedaqoji, elmi-təşkilati fəaliyyət, beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı şöbədə görülmüş işləri də nəzərə çatdırdı.

Sonda məruzəyə dair fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, elmi tədqiqatların gücləndirilməsini tövsiyə etdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı