Kiberfiziki sistemlərdə texniki xidmətin arxitektur-texnoloji prinsipləri araşdırılır Noyabr 20, 2020 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun illik hesabat iclasları davam edir.

Növbəti onlayn iclasda 11 saylı şöbənin cari il üzrə hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Şakir Mehdiyev öncə rəhbərlik etdiyi struktur bölmənin elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verdi.

O, “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” istiqamətində tədqiqatların cari ildə də davam etdirildiyini diqqətə çatdırdı.

Şöbə müdiri kiberfiziki sistemlərdə texniki xidmətin arxitektur-texnoloji prinsiplərinin araşdırıldığını, İndustry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiberfiziki infrastruktrunun formalaşması və intellektual analizi texnologiyalarının işlənildiyini söylədi. Həmçinin neft-qaz sənayesinin İndustry 4.0 konsepsiyası əsasında qurulmasının konseptual məsələlərinin tədqiq edildiyini və modernləşdirilmiş sistemin arxitektur-texnoloji prinsiplərinin işləndiyini bildirdi.

Ş.Mehdiyev Drew computing: mövcud vəziyyəti və perspektivləri, eləcə də videomüşahidə sistemlərinin arxitektur və texniki əsasları istiqamətində araşdırmaların aparıldığını da nəzərə çatdırdı.

Sonra məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülən işlərdən bəhs etdi. SOCAR-ın Elm Fondu tərəfindən qalib elan edilən “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiberfiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” adlı qrant layihəsində iştirak edildiyini qeyd etdi.

Ş.Mehdiyev şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən tədbirlər barədə də məlumat verdi.

Daha sonra hesabata dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin, elmi tədqiqatların nəticəsi kimi məqalələrin hazırlanmasının vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı