İnstitutun şöbə müdiri onlayn beynəlxalq konfransda çıxış edib Sentyabr 22, 2020 | 11:19 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova 15-16 sentyabr 2020-ci il tarixlərdə keçirilən proqramlaşdırma üzrə “UkrPROG'2020” XII Beynəlxalq elmi-praktiki konfransında “Elektron demoqrafiya mühitində qərarların qəbulunu dəstəkləyən sistem” adlı elmi məruzə ilə çıxış edib.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq, onlayn formada baş tutan konfrans Ukrayna Milli Elmlər Akademiyası, Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Milli Elmlər Akademiyasının Kibernetika Mərkəzi, “İ.Sikorski Kiyev Politexnik İnstitutu” Ukrayna Milli Texniki Universiteti və Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən təşkil edilib.

Konfransın məqsədi proqramlaşdırma və proqram mühəndisliyi elmində və praktikasında əldə edilmiş ən mühüm nailiyyətləri diqqətə çatdırmaq, bu elm və texnologiya sahəsinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirməkdir.

İki ildən bir keçirilən tədbirdə proqramlaşdırmanın nəzəri və metodoloji əsasları, paralel proqramlaşdırma, paylanmış sistemlər və şəbəkələr, proqram mühəndisliyinin metod və vasitələri, proqramlaşdırmanın formal metodları, məlumat və bilik bazaları sistemlərinin model və vasitələri, proqramlaşdırmanın təhsil və təlim aspektləri, informasiya sistemləri, informasiyanın mühafizəsi, tətbiqi proqram təminatı və s. kimi mövzular müzakirə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı