Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının onlayn təqdimatı keçirilib Sentyabr 19, 2020 | 06:26 / Konfranslar, iclaslar

Sentyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elm­lər Bölməsinin və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təş­ki­lat­çı­lı­ğı ilə Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-por­ta­lının onlayn təqdimatı ke­çirilib. Təd­bir­də AMEA-nın birinci vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin ­rəhbəri, akademik İsa Hə­bib­bəyli, AMEA-nın vitse-prezidenti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, aka­demik Rasim Əliquliyev, Nəsimi adına Dilçilik İns­ti­tu­tu­nun direktoru, akademik Möhsün Na­ğısoylu, AMEA-nın müxbir üzvləri Məsumə MəmmədovaRamiz Alıquliyev, həmçinin Milli Transliterasiya Sisteminin və “Trans­li­terasiya” veb-por­ta­lının hazırlanmasında yaxından iştirak edən AMEA-nın İnformasiya Tex­no­lo­gi­ya­ları və Nəsimi adına Dilçilik institutlarının əmək­daşları, o cümlədən akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin ingilis, alman, fransız, italyan, ispan və fars dilləri üzrə mütəxəssisləri, media nümayəndələri və qo­naq­lar iştirak ediblər.

Onlayn tədbirdə giriş nitqi ilə çıxış edən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, “Azər­­baycan dövlətinin müstəqillik qazanması Azərbaycanın dövlət dil siyasətinin yeni əsaslar üzərində qurulmasına və dövlət quruculuğu işində dilin mühüm amili hesab edilməsinə, dil si­ya­səti sa­hə­sində aparılan işlərin daha da genişlənməsinə üfüqlər açmışdır”. Dünyanın qədim dil­lə­rin­dən biri olan Azərbaycan dilində hələ XIII əsrdən etibarən yazılı ədəbiyyat nümunələri ya­zı­lıb, ərsəyə gəlib. Azərbaycan dili türk dilləri, ümumiyyətlə dünya dilləri içərisində özünün zən­gin­liyinə və geniş potensialına görə xüsusi yer tutur. Təsadüfi deyildir ki, Azərbaycan dili uzun illər Qafqazda ümu­münsiyyət dili statusunda çıxış edib.

Akademik İsa Həbibbəyli Sovetlər Birliyi dönəmində o za­­man­kı rejimin sərt maneələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qə­bul edil­məsinə nail olduğunu xatırladıb. Vurğulayıb ki, ulu öndər istər əvvəlki dövrlərdə, istərsə də müstəqillik illlərində Azər­bay­can di­li­nin, ədəbiy­ya­tı­mı­zın, mə­dəniyyətimizin və incəsənətimizin geniş spektrdə inki­şa­fı­na mühüm töhfələr verib.

AMEA-nın birinci vitse-prezidenti daha sonra onlayn tədbirin iştirakçılarının diqqətinə ça­t­­dırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il ta­rix­li müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tə­ləblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.1.4-cü bən­di Milli transliterasiya standartlarının hazırlanması məsələlərini özündə ehtiva edir. Aka­de­mi­kin sözlərinə görə, adıçəkilən Dövlət Proqramının digər bəndi – 6.3.9. Milli trans­literasiya stan­dart­ları əsasında Azərbaycan əlif­ba­sın­dan digər əlifbalara trans­li­te­ra­si­ya­nı həyata keçirən proq­ram təminatının hazırlanmasına həsr olu­nub.  

Akademik İsa Həbibbəyli, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli müvafiq qərari ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənis­tan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərində Milli transliterasiya stan­dart­la­rına və bu standartlar əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks et­di­rən elektron bazanın yaradılması məsələlərinin yer aldığını vurğulayıb.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məm­məd­za­də Milli Transliterasiya Sisteminin sisteminin veb-saytını təqdim edib. O, institutun mü­tə­xəs­sis­lə­ri tərəfindən hazırlanan saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət or­qan­la­rının İnternet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə uyğunlaşdırıldığını qeyd edib. S.Məm­məd­za­də on­layn mühitdə işləyəcək açıq sistem olan transliterasiya sisteminin Azərbaycan, ingilis, rus, fran­sız, alman dilləri üçün nəzərdə tutulduğunu söyləyib. Həmçinin onun “Ana səhifə”, “Trans­li­te­rasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Əmək­daşlıq” və “Əlaqə” bölmələrindən ibarət olduğunu diqqətə çatdırıb.

Layihənin icrası üçün İşçi qrupun təşkil olunduğunu bildirən məruzəçi beynəlxalq stan­dartlar əsasında transliterasiya sisteminin yaradılması məqsədilə xarici təcrübənin araşdırıldığını, Azərbaycanda transliterasiya sahəsində mövcud vəziyyətin öyrənildiyini qeyd edib.

S.Məmmədzadə bildirib ki, transliterasiya cədvəlləri müvafiq sahələrin mütəxəssisləri ilə bir­­likdə tərtib edilib və bu konvertasiya cədvəlləri vasitəsi ilə mətnləri Azərbaycan dilindən in­gi­lis, rus, fransız, alman, ispan, fars dil­lə­ri­nə və həmin dillərdən Azərbaycan dilinə transliterasiya et­mək mümkündür.

Məruzəçi veb-saytda mətnlərlə yanaşı, həmçinin qeyd olunan dillərdə fəaliyyət göstərən is­tənilən veb-saytın trans­literasiyasının da mümkün olacağını vurğulayıb: “Bunun üçün is­ti­fa­də­çi­lər saytın trans­li­te­ra­si­ya­sı bölməsinə daxil olaraq transliterasiya etmək istədiyi veb-saytın fəaliy­yət göstərdiyi dili, onun ünvanını və transliterasiya olunacaq dili seçməlidir”.

O, həmçinin qeyd edib ki, istifadəçilər veb-saytın forum bölməsinə daxil olmaqla trans­li­te­ra­­siya ilə bağlı rəy və təkliflərini təqdim edə biləсəklər.

Onlayn tədbirdə çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İl­ham Tahirov qeyd edib ki, Milli Transliterasiya Sistemində Azərbaycan dilinə xas olan mətn­lə­rin 8 xarici dilə transliterasiyası – konvertasiyası həyata keçirilib. Alim ana dilimizdə olan şəxs ad­larının, coğrafi adların, toponimlərin əcnəbi dillərə konvertasiyası prosesində qarşıya çıxan çə­tin­­liklər, xüsusilə “ə”, “ö”, “ü”, “ğ”, “ç” və “x” hərflərinin transliterasiyasının spesifik xüsu­siy­yət­­ləri barəsində ətraflı danışıb.

İ.Tahirov vurğulayıb ki, transliterasiya yazının hərfi tərkibinin (hərf-hərf) bir qra­fi­kadan di­gərinə, bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərflərinə keçirilməsidir. Alim çıxı­şın­da, həmçinin transliterasiya və transkripsiya məsə­lə­lə­rinin qarşılıqlı əlaqəsinə də toxunub.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu öz çıxışında orta əsrlərdə ərəb və fars əlifbaları ilə yazılan Azərbaycan dilli əsərlərin, bədii ədəbiyyat nümunə­lə­ri­nin, həmçinin “Molla Nəsrəddin” jurnalının və “Əkinçi” qəzetinin Azərbaycan dilinə trans­li­te­ra­si­yası məsələlərinə toxunub.  

Alim Milli Transliterasiya Sisteminin hazırlanmasında iştirak edən dilçi alimlərimizin qonşu ölkələr – Türkiyə və Gürcüstanın transliterasiya məsələlərinin həlli sahəsində qazandıqları təcrübəyə müraciət etdiklərini də diqqətə çatdırıb. Onun sözlərinə görə, “biz bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət dil siyasətinin təntənəsinin şahidiyik”.

Onlayn tədbirdə çıxış edən Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli vurğulayıb ki, transliterasiya ümumi halda “fonetik yazı” kimi qiymətləndirilən transkripsiyanın bir növü olaraq qəbul edilir. Adətən, söhbət xüsusi adların trans­­krip­siyasından getdikdə “transliterasiya” termini işlənir. Transliterasiya xüsusi adlara münasi­bət­də hədəf dilin fonetik yazısının mənbə dilin fonetik yazısına uyğun­laş­dırılması, bir səs-əlifba sis­te­minin başqa bir səs-əlifba sistemi üzərinə köçürülməsidir.

O, həmçinin qeyd edib ki, Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-por­ta­lının hazırlanması AMEA-nın Nə­si­mi Dilçilik və İnformasiya Texnologiyaları institutları ilə yanaşı akademik Ziya Bünyadov adına Şərq­şünaslıq İnstitutunun, həmçinin Bakı Dövlət Uni­ver­si­tetinin, Azərbaycan Dillər Uni­ver­si­te­ti­nin və Bakı Slavyan Universitetinin, həmçinin Peru Res­pub­likasının Azərbaycan Res­pub­li­ka­sın­da­kı səfirliyinin ingilis, alman, fransız, italyan, ispan və fars dil­lə­ri üzrə mütəxəssisləri ilə birgə məh­suldar əməyin çox dəyərli bəhrəsidir.   

Daha sonra AMEA-nın vitse-prezidenti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, aka­de­mik Rasim Əliquliyev ilk öncə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət dil si­ya­səti sahəsində əldə edilən mühüm nailiyyətlər, bu sahədə müntəzəm olaraq qarşıya qoyulan tap­şırıqlar və qəbul edilmiş sənədlər barəsində danışıb. Qeyd edib ki, AMEA-nın İnfor­ma­siya Tex­nologiyaları İnstitutunda Azərbaycan dilinin informasiya cəmiyyətinin tələblərinə uyğunlaş­dı­rıl­ması, onun elmi-nəzəri əsaslarının araşdırılması istiqamətində bir sıra mühüm işlər həyata keçirilməkdədir.  

Azərbaycan dilinin elektron bazasının formalaşdırılması sahəsində əldə edilən nailiy­yət­lər­dən söz açan akademik R.Əliquliyev İnformasiya Texnologiyaları və Nəsimi adına Dilçilik ins­ti­tut­larının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Azərbaycan dilinin dövlət dili ki­mi ümumi informasiya bazasının – azerbaycandili.az portalının, Milli Terminoloji İn­for­ma­siya Sisteminin konsepsiyası və terminologiya.az veb-portalının hazırlanıb istifadəyə veril­di­yi­ni xatırladıb. Qeyd edib ki, bu gün geniş elmi ictimaiyyətə təqdim olunan Milli Transliterasiya Sis­te­mi və “Transliterasiya” veb-por­ta­lı müstəsna əməkdaşlığının daha bir qiymətli bəhrəsidir. Alim milli ono­mastika sisteminin hazırlanması istiqamətində də işlərə start verildiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev vurğulayıb ki, virtual məkan öz növbəsində Azərbaycan di­li­nə klassik yanaşmadan daha fərqli, yeni yanaşmaları – təbii dilin kompüter emalı texnologiyalarının tətbiqi, maşın tərcü­mə­si­nin keyfiyyətinin artırılması və s.-ni zəruri edir. Alim öz çıxışında Azərbaycan dilində antiplagiat, an­ti­virus proqramlarının, həm­çinin axtarış sistemlərinin hazırlanması, kibercinayətkarlıqla mü­ba­ri­zə sa­həsində dilin özünəməxsus mövqeyi, eləcə də adıçəkilən istiqamətlərdə aparılan tədqiqatların transliterasiya ilə sıx əlaqəsi məsələlərinə də toxunub. Azərbaycan dilinin digər dillərə statik trans­literasiyası ilə yanaşı, intellektual transliterasiyasına da ehtiyac duyulduğunu qeyd edib.

Həmçinin vurğulayıb ki, Azər­bay­can dili­nin virtual məkanda üzləşdiyi çətinliklərin aradan qaldırılması, Text Mining (mətnlərin intellektual analizi) texnologiyalarının inkişaf etdirilməsi məqsədilə bu gün ölkə­mizdə kompüter dilçiliyi sahəsində mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır.

Akademik R.Əliquliyev .az domenində Azərbaycan dilinin orfoqrafiya qaydalarının üzləş­di­yi prob­lem­lər – xüsusilə “ə”, “ö”, “ü”, “ğ”, “ç” və “x” hərflərinin transliterasiyası və bu kimi mühüm mə­sələlər barədə də danışıb.

Tədbirin sonunda qarşıda duran problemlər və vəzifələr haqqında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı