İnformasiya Texnologiyaları İnstitutu yeni tədris ilinə hazırdır Sentyabr 14, 2020 | 12:58 / Mühüm hadisələr

Bu barədə məlumatı institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov növbəti onlayn iclasda cari ildə magistraturaya qəbul və tədrisin təşkili məsələsi ilə bağlı müzakirə zamanı verib.

Məruzəçi nəzərə çatdırıb ki, hazırda institutun magistratura pilləsi üzrə 2-ci kursda 8 nəfər təhsilini davam etdirir: Onların dissertasiyalarının may ayınadək tamamlanması üçün elmi rəhbərlərlə onlayn görüşlər keçirilib, elmi-tədqiqat işlərinin strukturu razılaşdırılıb, lazımi metodik vəsaitlərin elektron versiyaları magistrantlara göndərilib, tövsiyələr verilib. Həmçinin 3 ixtisas üzrə tədris planları hazırlanıb və dərs bölgüsü həyata keçirilib.

“AR Təhsil Nazirliyi və AMEA Rəyasət Heyətinin Elm və təhsil idarəsi tərəfindən qəbul edilən qərarlara müvafiq olaraq, tədris ili 2-ci kursda təhsil alan magistrantlar üçün sentyabrın 15-dən, yeni qəbul olunmuş magistrantlar üçün isə oktyabrın 1-dən başlayacaq. 1-ci kurs magistrantları üçün ümumi fənn olan xarici dilin tədrisinin onlayn formada təşkili həyata keçiriləcək. Təbii ki, AR Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlar da nəzərə alınacaq”, – deyə şöbə müdiri bildirib.

Tədbirdə, həmçinin 2-ci kursda təhsil alan magistrantların hər biri çıxış edərək öz fəaliyyəti, apardığı elmi tədqiqatlar və çap olunan məqalələri haqqında ətraflı məlumat verdi. 

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, hər bir elmi rəhbər üzərinə götürdüyü vəzifəni məsuliyyətlə yerinə yetirməli, magistrantla virtual texnologiyalar üzərindən müntəzəm əlaqə saxlayaraq dissertasiya işinin yüksək səviyyədə hazırlanması və məqalələrin nüfuzlu elmi jurnallarda çap olunmasına nəzarət etməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı