Yeni iş mövsümünün başlanması ilə əlaqədar olaraq hazırlıq işləri görülür Sentyabr 07, 2020 | 03:23 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinin xüsusi karantin rejimində yenidən təşkili ilə bağlı keçirilən onlayn iclasda institutun ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev bu barədə məlumat verib. O bildirib ki, Azərbaycanda COVID-19 virusunun yayılmağa başladığı və karantin rejiminin elan edildiyi ilk günlərdən etibarən institutda müəyyən qabaqlayıcı tədbirlər görülüb, iş otaqlarında və həyətdə xüsusi yuyucu maddələrlə dezinfeksiya işləri aparılıb.

O, AR Nazirlər Kabinetinin tələbləri və AMEA Rəyasət Heyətinin qərarlarına müvafiq olaraq, karantin rejimi müddətində qurumun Mühafizə Xidməti tərəfindən video-müşahidə sistemi vasitəsilə instituta giriş-çıxış məsələsinə nəzarət edildiyini vurğulayıb.

Ş.Mehdiyev, həmçinin qabaqlayıcı tədbirlər çərçivəsində institutun tibbi maskalar, antiseptik vasitələr və teplovizorlarla təchiz olunduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı