İnstitutun şöbə müdiri BMT-nin onlayn iclasında iştirak edib Avqust 25, 2020 | 11:55 / Konfranslar, iclaslar

19-20 avqust 2020-ci il tarixlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İnformasiya-kommunikasiya texnologiyaları, Elm, Texnologiya və İnnovasiya Komitəsinin onlayn iclası keçirilib.

İclasda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev də iştirak edib.

Əsas qoşulma nöqtəsi Tailandın paytaxtı Banqkok şəhəri olan tədbirdə Azərbaycan da daxil olmaqla 31 ölkə və 17 beynəlxalq təşkilatdan nümayəndələr iştirak ediblər. İclasda pandemiya zamanı texnologiyalardan istifadə üçün birgə tədbirlər, inkluziv genişzolaqlı çıxış üçün rəqəmsal fərqin aradan qaldırılması, davamlı inkişaf məqsədlərinə çatmaq üçün kosmik tətbiqlərin genişləndirilməsi, eləcə də 10 illik fəaliyyət daxilində inklüziv texnologiyalar və innovativ fəaliyyət kimi mövzularda müzakirələr aparılıb.

İclasın sonunda İnformasiya-kommunikasiya texnologiyaları, Elm, Texnologiya və İnnovasiya Komitəsinin III iclasının hesabatı qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı