İnstitutun əməkdaşı nüfuzlu jurnala rəyçi seçilib Avqust 15, 2020 | 05:21 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova  nüfuzlu “Open Computer Science” jurnalına rəyçi seçilib.

Dünyanın “Scopus” “Web of Science” kimi məşhur verilənlər bazaları tərəfindən indeksləşən “Open Computer Science” jurnalı alqoritmlər nəzəriyyəsi, süni intellekt, bioinformatika, şəbəkə və təhlükəsizlik sistemləri, proqramlaşdırma dilləri, sistem və proqram mühəndisliyi, kompüter elminin nəzər əsasları kimi istiqamətlərdə mühüm tədqiqat nəticələrini təqdim edir.

Qeyd edək ki, jurnal həm də “Inspec”,  “CNKI”, “DOAJ”, “EBSCO”, “Google Scholar”, “Microsoft Academic”  və s. tanınmış beynəlxalq bazalarda indeksləşir və referatlaşır.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Cite Score: 1.4

Index Copernicus Value: 97.86

SCImago Journal Rank: 0.183

Source Normalized Impact per Paper: 0.963

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı