Müxtəlif dillərin qrafikaları üçün təklif edilən transliterasiya metodları təhlil olunub İyun 27, 2020 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. Şöbənin əməkdaşı Səbinə Məmmədzadə “Müxtəlif dillərin qrafikaları üçün təklif edilən transliterasiya metodlarının təhlili” mövzusunda çıxış etdi. Məruzəçi öncə transliterasiyanın növlərindən bəhs edərək onun dəqiq, zəif və geniş növlərinin mövcud olduğunu dedi. İnformasiya axtarışı, maşın təcrübəsi, dillərarası tətbiqlər və verilənlərin emalının kompüter transliterasiyasının tətbiq sahələrinə aid olduğunu vurğuladı.

Tədqiqatçı qeyd etdi ki, kompüter transliterasiyası modellərinə qrafem-əsaslı, fonem-əsaslı və hibrid modellər daxildir: “Qrafem-əsaslı modellərdə yalnız yazı sistemi səviyyəsində konvertasiya, fonem-əsaslı modellərdə isə mənbə dildəki qrafemin mənbə dildəki fonemə və mənbə dildəki fonemin hədəf dildəki qrafemə transformasiyası həyata keçirilir. Hibrid modellərdə daha düzgün transliterasiya əldə olunur, xətaların sayı əhəmiyyətli dərəcədə azalır”.

Sonra o, ərəb qrafikasının transliterasiyası üçün təklif olunan standartlardan bəhs etdi. Qeyd etdi ki, “Beesley” qaydaları, “Modern Standart Arabic” qrafikası, “Buckwalter” konvertasiyası və “ISO 233” standartı məhz ərəb qrafikasının transliterasiyası üçün hazırlanıb.

S.Məmmədzadə “Yapon Katakana” qrafikasının isə yapon heroqliflərinin transliterasiyası üçün hazırlandığını diqqətə çatdırdı. Bildirdi ki, bu qarfikada hədəf auditoriya nəzərə alınmaqla yeni sözlər, eləcə də hərf-əsaslı metod vasitəsilə söz bazasına daxil olmayan sözlər generasiya oluna bilir.

O, Çin heroqliflərinin transliterasiyası haqqında məlumat verərək bildirdi ki, burada yalnız fonetik transliterasiya həyata keçirilir. Bu prosesdə ingilis dilindəki sözün fonetik təsviri müəyyən edilir və hər bir qrafem Çin dilindəki simvollarla əvəz olunur.

Məruzəçi ingilis-fars transliterasiyası üçün “GIZA ++” alətindən istifadə olunduğunu dedi. Qeyd etdi ki, burada qrafem-əsaslı metod tətbiq olunur. Bazaya daxil olmayan sözlərin transliterasiyası səmərəli olmur və yalnız ikidilli təlim korpusuna tətbiq oluna bilir.

Sonda S.Məmmədzadə Azərbaycan dilinin transliterasiyası üçün istifadə olunan metodlar haqqında məlumat verdi. Qeyd etdi ki, ana dilimizdə həm qrafem-əsaslı, həm fonem-əsaslı, həm də hibrid modellerindən istifadə olunur.

Məruzə ətrafında müzakirələr aparıldı, müxtəlif dillərin qrafikaları üçün təklif edilən transliterasiya metodlarına dair suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı