İnstitutun struktur bölmələrində yarımillik hesabata hazırlıq işləri görülür İyun 10, 2020 | 11:12 / Konfranslar, iclaslar

Bu barədə məlumatı AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi, E-kitabxana Mərkəzinin rəhbəri Mədinə Səidova Elmi şuranın onlayn iclasında institutun 2020-ci ilin I yarımillik hesabatına hazırlıq barədə çıxışı zamanı verib.

M.Səidova bildirib ki, institutun struktur bölmələrinə 2020-ci ilin birinci yarısında həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. üzrə hesabatların hazırlanması tapşırılıb. Həmçinin qeyd edib ki, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılması və sosial izolyasiya tədbirlərini nəzərə alaraq, şöbələrin 6 aylıq hesabat iclaslarının onlayn formada keçirilməsi nəzərdə tutulur.

Elmi katib 2020-ci ildə institutun əsas tədqiqat istiqamətlərinə uyğun çapı nəzərdə tutulan biblioqrafik broşürlər haqqında da məlumat verib: “Elmi əsərlərin biblioqrafik göstəriciləri və xülasələrindən ibarət broşürlərin institutun 50 illik yubileyi ərəfəsində ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bu nəşrlər alim və mütəxəssislər, gənc tədqiqatçılar, eləcə də tələbələr üçün qiymətli informasiya mənbəyi olacaq”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı