Magistrlik dissertasiyalarının müdafiəsinin distant formada keçirilməsi nəzərdə tutulur İyun 08, 2020 | 03:31 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının fəaliyyəti ilə bağlı məruzə təqdim olunub.

İnstitutun Elmi şurasının onlayn iclasında Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov institutun magistrantlarının fəaliyyəti, sessiya imtahanlarının keçirilməsinə hazırlıq və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili ilə bağlı məruzə edib. O, əvvəlcə 2019-2020-ci tədris ilində I kursda təhsilini davam etdirən magistrantların distant dərslərdə iştirakı və sessiya imtahanlarının keçirilməsinə dair məlumat verib.

Sonra şöbə müdiri ikinci kursda təhsilini davam etdirən magistrantların dissertasiya işlərinin tamamlanması, ilkin müdafiələrin keçirilməsi ilə bağlı ümumi məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılması və sosial izolyasiya qaydalarını nəzərə alaraq sessiya imtahanları və magistrlik dissertasiyalarının müdafiəsinin distant formada təşkil edilməsi nəzərdə tutulur.

Məruzəçi tədris ilinin cari ilin iyun ayının 15-nə qədər, imtahan sessiyasının isə 1 ay müddətində davam edəcəyini qeyd edib.

F.Yusifov 2019-cu il üzrə doktoantura və dissertanturaya qəbulun nəticələri haqqında da məlumat verib. Ötən il fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul üçün elan olunmuş müsabiqənin nəticələrinə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 2, dissertanturaya 2 və elmlər doktoru hazılığı üzrə dissertanturaya 1 nəfərin qəbul olunduğunu diqqətə çatdırıb.

Daha sonra o, 2018-ci ildə institutun doktoranturasına qəbul olunan Ləman Həmidovanın “Etnobotanika informasiya sisteminin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verib. Etnobotanika informasiya sisteminin işlənilməsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan şöbə rəhbəri, tədqiqat işinin AMEA-nın Botanika İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində aparıldığını diqqətə çatdırıb. Həmçinin dissertasiya işinin mültidissiplinar xarakterli olduğunu, tədqiqatların aparılmasında Botanika İnstitutunun şöbə müdiri, biologiya üzrə elmlər doktoru, dosent Naibə Mehdiyevanın yaxından iştirak etdiyini qeyd edib.

Sonda N.Mehdiyevanın təqdim etdiyi razılıq məktubu əsas götürülərək onun dissertasiya işi üzrə ikinci elmi rəhbər kimi təyin olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı