Sənaye 4.0: Neft və qaz sektorunun təhlükəsizliyinə həsr olunmuş məqalə nüfuzlu jurnalda dərc olunub May 09, 2020 | 10:27 / Yeni nəşrlər

Sənaye 4.0 konsepsiyası əşyaların İnterneti, kiber-fiziki sistemlər, süni intellekt, robototexnika kimi qabaqcıl texnologiyalarla birbaşa bağlıdır. Məhz bu texnologiyalar sayəsində istehsalatın İnternet vasitəsilə real vaxt rejimində və “ağıllı” sistemlər tərəfindən idarə olunan tam avtomatlaşdırılmış rəqəmsal sahələri reallaşmışdır. Bu texnologiyalar istehsal sistemini bütün fəaliyyət sahələri rəqəmsal idarə olunan intellektual şəbəkə fabrikinə çevirir və nəticədə maliyyə və maddi resursların səmərəli istifadəsinə nail olunur.

Bununla yanaşı, Sənaye 4.0 konsepsiyası əsasında reallaşdırılan sistemlərdə  verilənlərin  həcminin əhəmiyyətli dərəcədə artması ilə fərdi məlumatlar da daxil olmaqla, verilənlərin qorunması məsələləri ön plana çıxır. Fərdi məlumatlar video nəzarət verilənlərin ayrılmaz hissəsidir. Buna görə də video nəzarət sistemlərində emal olunan fərdi məlumatların qorunması problemi xüsusi əhəmiyyətə malikdir. Video nəzarət sisteminə videokameralar, verilənlərin ötürülməsi üçün informasiya və rabitə kanalları, fərdi məlumatların emalı, analizi və saxlanılması qurğuları daxildir.

“Industry 4.0: The Oil and Gas Sector Security and Personal Data Protection” (Sənaye 4.0: Neft və qaz sektorunun təhlükəsizliyi və fərdi məlumatların qorunması) adlı məqalədə “ağıllı” mədən, “ağıllı” şəbəkə, “ağıllı” xidmət, “ağıllı” nəql, “ağıllı” təhlükəsizlik və s. tərkib hissələrdən ibarət olan neft və qaz sektorunda “ağıllı” video nəzarət alt sisteminin yaradılması modeli təklif olunmuş, sektorun istehsalat strukturlarında təhlükəsizlik və fərdi məlumatların qorunması üçün konseptual vəzifələr nəzərdən keçirilmiş və müvafiq tövsiyələr verilmişdir.

Nüfuzlu “International Journal of Engineering and Manufacturing, IJEM” jurnalında dərc olunan tədqiqat işinin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri Şakir MehdiyevTəhmasib Fətəliyevdir.

Məqalə AR Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi (SOCAR EF 2019) “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” qrant layihəsi çərçivəsində hazırlanmışdır.

Qeyd edək ki, IJEM jurnalı “Google Scholar”, “CrossRef”, “Microsoft Academic Search və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı