Proqram təminatının optimallaşdırılması üçün qarışqa alqoritmi tətbiq olunub Aprel 14, 2020 | 03:10 / Yeni nəşrlər

Keyfiyyətli proqram sistemlərini işləyərkən müxtəlif texnologiyalar, metodlar və alqoritmlərdən istifadə olunur. Optimal proqram təminatının yaradılmasının müxtəlif üsulları vardır. Bunlardan biri də qarışqa alqoritmidir.  Qarışqa alqoritmini biomimetika sahəsinə aid etmək olar.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Proqram təminatının optimallaşdırılması üçün qarışqa alqoritminin tətbiqi” (Application of Ant Algorithm for Software Optimization) adlı məqaləsi məhz bu məsələlərə həsr olunmuşdur.

ABŞ-ın “Review Of Information Engineering and Applications” jurnalında çap olunan məqalədə bu sahədə olan ədəbiyyat analiz edilmiş, tətbiq edilən alqoritmin ideyası izah edilmişdir. Həmçinin müxtəlif qarışqa sistemlərinin müqayisəsi aparılmış, proqram kodunun operatorları qarışqa kimi göstərilmiş və ona qarışqa alqoritmi tətbiq edilmişdir. Alqoritmin tətbiqi nəticəsində proqram kodunda olan bəzi operatorlara (dövrü, şərt)  keçidin ən qısa yolu tapılmışdır. Aparılan eksperimentlər müsbət nəticə vermişdir.  

Qeyd edək ki, “Review Of Information Engineering and Applications” jurnalı “The Conscientia Beam” Akademik Nəşriyyat Qrupu tərəfindən nəşr olunur və “RePEc” (Almaniya), “CNKI Scholar” (Çin), “Pak Academic Search” (Pakistan), “Scilit” (İsveçrə) kimi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı