Bulud texnologiyası əsasında təhsil kontentlərinin formalaşması məsələləri araşdırılıb Mart 12, 2020 | 03:26 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi.  

Şöbənin əməkdaşı Esmira Ələsgərova bulud texnologiyası əsasında təhsil kontentlərinin formalaşması və mühafizəsinin tətbiqi məsələsinə həsr olunmuş məruzəni təqdim edərək qeyd etdi ki, bulud texnologiyaları tədris kontentinin formalaşmasında tələbənin fəal iştirak etməsi üçün təlim trayektoriyasının qurulmasına geniş imkanlar yaradır.

O, ali təhsil müəssisələrində üç əsas bulud modellərindən – proqram təminatı xidmət kimi - SaaS”, infrastruktur xidmət kimi - “IaaS”, platforma xidmət kimi -“PaaS”dan istifadə olunduğunu qeyd etdi.

Məruzəçi təhsil sistemində “Microsoft Learning Suite” proqram paketi və “Microsoft Office 365” bulud məhsulunun istifadəsinin genişlənməkdə olduğunu, “Windows Azure”, “Moodle”, “WebCT”, “E-Learning Server”, “Prometheus” və s. platformalar əsasında təhsil idarəetmə sistemlərinin yayıldığını diqqətə çatdırdı. Bildirdi ki, təhsil təcrübələrində ən populyar bulud xidmətləri sistemləri olan “Microsoft Live@edu” və “Google Apps Education Edition” ünsiyyət və əməkdaşlığın səmərəliyini artırmaq üçün yaxşı vasitələrdir.

Sonra E.Ələsgərova bulud xidmətlərindən istifadənin müsbət və mənfi cəhətlərindən, bulud texnologiyası əsasında təhsil kontentlərinin mühafizəsi metodlarından bəhs etdi.

Elektron təhsildə bulud mühitinin qurulması zamanı rast gəlinən təhlükələrin əsas növlərini diqqətə çatdıran məruzəçi qeyd etdi ki, buraya əməliyyat sistemləri, buludun elementləri, müştəriyə olan hücumlar və s. aiddir.

O, qeyd etdi ki, bulud texnologiyası əsasında təhsil kontentlərinin formalaşması və mühafizəsinin tədqiqi asan məsələ deyil: “Lakin, uyğun yanaşma olduqda bulud modellərində müdafiənin və təhlükəsizliyin mükəmməl balansına nail olmaq mümkündür”.

E.Ələsgərova Avropa Birliyi ölkələrində şəxsi məlumatların ötürülməsi haqqında mürəkkəb qanunların olduğunu və şəxsi məlumatların ötürülmə prosesinin xüsusi üsullar vasitəsilə həyata keçirildiyini diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı