Wi-fi 6 texnologiyasının tətbiq sahələri araşdırılır Mart 05, 2020 | 02:47 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov açaraq seminarın Wi-fi 6 texnologiyasının tətbiq sahələrinə həsr olunduğunu bildirdi.

Məruzəni institutun proqramçısı Təbriz Ağaşov təqdim edərək öncə simsiz şəbəkə texnologiyalarından bəhs etdi, onları digərlərindən fərqləndirən əsas cəhət kimi ötürülmə mühiti olaraq radiosiqnallardan istifadə edildiyini dedi.

O, Simsiz Yerli Şəbəkələrin (WLAN) əvvəlcə hava limanları, internet kafe və otellər kimi mühitlərdə yaradıldığını, lakin o dövrdə simsiz şəbəkələrin məlumatların ötürmə sürəti, əhatə dairəsi və avadanlıq dəyəri baxımından digər simli şəbəkələrə görə kifayət qədər inkişaf etmədiyini nəzərə çatdırdı. Bildirdi ki, zaman keçdikcə yeni IEEE 802.11 simsiz şəbəkə standartları və simsiz şəbəkələr, xüsusilə əhatə dairəsi və məlumat ötürmə sürəti baxımından daha da təkmilləşdirilib.

T.Ağaşov dünyanın ən böyük texniki mütəxəssislər birliyi olan Elektrik və Elektron Mühəndisləri İnstitutu tərəfindən hazırlanmış, 802.11ax adlı Wi-Fi 6-nın inkişaf etmiş şəbəkə standartı olduğunu bildirdi. Qeyd etdi ki, Wi-Fi 5 və ya 802.11ac standartı ilə müqayisədə Wi-Fi 6 istifadəçilərə məlumatların 40% daha sürətlə ötürülməsini vəd edir. 

Wi-Fi 6 texnologiyasının əsas üstünlüklərindən danışan məruzəçi onun daha böyük yaddaş, eyni anda çox sayda cihazlarla məlumat mübadiləsi etmə qabilliyyəti və enerjiyə qənaət etmə özəlliyinə malik olduğunu bildirdi.

O, qeyd etdi ki, Wi-Fi 6-nın əsas xüsusiyyəti OFDMA dəstəyinin olmasıdır. OFDMA (Orthogonal Frequency Division Multiple Access - Ortogonal Tezlik Bölməli Çoxsaylı Çıxış) eyni vaxtda daha çox insanın, cihazların bir-birinə qoşulmasını təmin etmək imkanına malik texnologiyadır. Wi-Fi 6, həmçinin Target Wake Time funksiyasına malikdir. Bu xüsusiyyət cihazların yuxu rejiminə keçməsinə və cədvəl üzrə qeyd olunmuş vaxtda “oyanmasına” imkan verir. Wi-Fi 6 həm də 2.4 və 5 GHz tezliklərini dəstəkləyir.

Məruzəçi Wi-Fi 6-nı dəstəkləyən cihazlar haqqında məlumat verərək onların sayının hazırda az olduğunu, yalnız bir neçə yüksək səviyyəli noutbuklar və Wi-Fi qəbuledicilərinin bu texnologiyanı dəstəklədiyini diqqətə çatdırdı.

Sonda təqdimata dair fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı