İnstitutun şöbə müdirinin məqaləsi beynəlxalq bazaya daxil edilib Fevral 13, 2020 | 11:10 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin Development of the indicators system for the assessment of the inclusive development level of information economy” (İnformasiya iqtisadiyyatı inkişafının inklüzivlik səviyyəsinin qiymətləndirilməsi üzrə göstəricilər sisteminin işlənilməsi) adlı məqaləsi “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransının materialları”nda dərc olunub.

Məqalədə sosial-iqtisadi inkişafın inklüzivlik səviyyəsinin qiymətləndirilməsi problemlərinin tədqiqi qlobal və regional idarəetmənin əsas məsələlərdən olduğu qeyd edilib. Bu aspektdə mövzu üzrə aparılan araşdırmalarda iqtisadi inkişafın elmi-nəzəri əsaslarına inklüzivlik cəhətdən yeni baxışın zəruriliyi əsaslandırılıb. Həmçinin cəmiyyətin inklüziv inkişafını xarakterizə edən yeni indikatorlar və subindekslər sistemi təklif olunub.

Tədqiqatda inklüziv cəmiyyətin və iqtisadiyyatın formalaşması səviyyəsinin regional-sektorial, milli və beynəlxalq qiymətləndirilməsi məsələləri araşdırılıb. Milli inklüziv inkişaf indeksinin formalaşdırılmasına təsir edən 6 indeks və 30 subindeks təklif edilib. İnklüzivlik səviyyəsinin qiymətləndirilməsinin metodoloji əsasları və ona müvafiq metodika işlənilib. Həmçinin inklüzivlik səviyyəsinin yüksəlməsinə təsir edən bir çox amillər araşdırılıb.

Məqalə IEEE Xplore kimi nüfuzlu elmi bazada indeksləşib və referatlaşıb (DOI: 10.1109/AICT47866.2019.8981780)

Qeyd edək ki, bu yaxınlarda Bakıda keçirilən “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransı”nın (AICT 2019) bölmə iclasında Əlövsət Əliyev İnformasiya iqtisadiyyatı inkişafının inklüzivlik səviyyəsinin qiymətləndirilməsi üzrə göstəricilər sisteminin işlənilməsi adlı elmi məruzə ilə çıxış etmişdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı