Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə tədqiqat əlaqələri inkişaf etdirilir Fevral 12, 2020 | 09:20 / Görüşlər

Fevralın 11-də AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kiber­təh­lü­kə­sizlik Bölməsinin rəhbəri, professor Yaçek Qayevs­ki­ni və Stokholm Universitetinin Kom­pü­ter və sistem elmləri kafedrasının professoru Oliver Popovu qəbul etdi. Görüşdə, həmçinin İTİ-nin şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları – dosent Yadigar İmamverdiyevBabək Nəbiyev iştirak etdilər.

Qonaqları bir daha Bakıda və AMEA-da görməkdən məmnun olduğunu bildirən akademik Rasim Əliquliyev, ölkəmizin Avropanın qabaqcıl elmi tədqiqat müəssisələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrinin daim yüksələn xətlə inkişaf etdiyini vurğuladı.  

Söhbət zamanı R.Əliquliyev ötən ay Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən mühüm hadisə kimi qiymətləndirildiyini diqqətə çatdırdı.

“Cənab Prezidentin dediyi kimi, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik” – deyə alim vurğulayıb.

O, artıq İnformasiya Texnologiyaları İnstitutunda ölkə prezidentinin çağırışlarına cavab olaraq, İndustry 4.0 konsepsiyası və süni intellekt sahəsində Azərbaycan elminin dəyərli nailiyyətlər əldə etməsi məqsədilə yeni elmi prioritetlər müəyyən edildiyini qeyd etdi.

Y.Qayevski ötən ilin yayında Bakıya səfəri zamanı İnformasiya Tex­no­logiyaları İnstitutunda keçirdikləri görüşü xatırladaraq, bu qurumla olan sıx elmi əmək­daş­lıq əlaqələrindən məmnunluğunu ifadə etdi.

Öz növbəsində, professor O.Popov təxminən 3 ay öncə ölkəmizdə keçiri­lən  “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE bey­nəl­xalq konfransı” (AICT 2019) günlərində İTİ-nin alimləri ilə görüşləri, apardıqları söhbətlər barədə yaddaqalan xoş təəssüratlarını bölüşdü.

Görüşdə elmi və elmi-innovativ sahədə, o cümlədən sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə tədqiqatlar istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı