Hotspot informasiyadan istifadə etməklə e-dövlətdə vətəndaş məmnuniyyətinin qiymətləndirilməsi məsələləri araşdırılır Fevral 06, 2020 | 10:08 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Günay İskəndərlinin “Using Hotspot Information to Evaluate Citizen Satisfaction in E-Government” (“Hotspot informasiyadan istifadə etməklə e-dövlətdə vətəndaş məmnuniyyətinin qiymətləndirilməsi”) adlı məqaləsi “International Journal of Public Administration in the Digital Age” jurnalında nəşr olunub.

Məqalədə qeyd olunur ki, hazırda e-dövlətin mühüm vəzifələrindən biri vətəndaşları qərar qəbuletmə prosesinə cəlb etməkdir.

E-dövlət mühitində ictimai maraq doğuran informasiyaları təyin etməklə vətəndaşları qismən də olsa qərar qəbuletmə prosesinə cəlb edə bilərik. Məqalədə e-dövlətdə olan xidmətlərdən vətəndaşların məmnunluq dərəcəsini müəyyənləşdirmək, onların arasından hotspotları təyin etmək və regionların maraq dairələrini avtomatik aşkarlamaq məqsədilə metod təklif olunub. Təklif olunan metod vasitəsilə e-xidmətlərin və istifadəçilərin məmnunluq reytinqləri müəyyən edilib.

Xidmətlərə olan müraciət sayı və məmnunluq balı əsasında ölkə ərazisində hansı regionun razı və ya narazı olduğu təyin olunub, regionların xidmətlər haqqında məmnunluğunun ümumi mənzərəsi təsvir edilib. 

Dünyanın nüfuzlu nəşriyyatlarından olan “IGI Global” nəşriyyat evi tərəfindən dərc olunan jurnal “Web of Science” elmi bazasında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı