İntellektual proqram sistemlərinin müqayisəli təhlili və konseptual modeli işləniləcək Fevral 05, 2020 | 09:43 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı dinlənilib.

Planı təqdim edən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov bildirib ki, rəhbərlik etdiyi şöbədə proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması üzrə tədqiqatlar aparılacaq. Qeyd edib ki, bu məqsədlə intellektual proqram sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənilməsi, proqram təminatının etibarlılığının artırılması üçün metod və modelin işlənilməsi, proqram təminatının sınaq metodlarının araşdırılması, zərərli proqram təminatının statik və dinamik analizi metodlarının tədqiqi nəzərdə tutulur.

Məruzəçi “İnformasiya təhlükəsizliyinin təmin olunması” problemi üzrə aparılacaq tədqiqatlardan bəhs edərək bu məqsədlə intellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metodlarının işlənilməsi mövzusunda tədqiqatların aparılacağını da diqqəti çatdırıb.

O, şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq proqram mühəndisliyi sahəsində dərs vəsaitinin hazırlanması, intellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması üçün metodların işlənilməsi və proqram mühəndisliyində Soft Computing metodları əsasında adaptiv proqram təminatının etibarlılığı və məhsuldarlığının artırılması üçün metod və alqoritmlərin işlənilməsi ilə bağlı qrant layihələrdə iştirakın nəzərdə tutulduğunu vurğulayıb.

Şöbə müdiri, həmçinin beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, şöbənin elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlər barədə məlumat verib.

T.Kazımov beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində nəzərdə tutulan işlərdən danışıb, Rusiya, Çin, Türkiyə, Qazaxıstan və Ukraynanın bir sıra elmi mərkəzləri və universitetləri, eləcə də, dünyanın nüfuzlu elmi jurnalları, assosiasiyaları və portalları ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə proqram mühəndisliyi, uşaqların İnternetdə təhlükəsizliyinin təmin olunması sahəsində aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib.

Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı