Yeni VR-eynək 8K icazəsini dəstəkləyir

08 Yanvar 2020 - 10:46 | Maraqlı məlumatlar
Yeni VR-eynək 8K icazəsini dəstəkləyir

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) astronavtlarının istifadə edəcəyi yeni VR-eynək 8K icazəsini dəstəkləyir.

“VRgineers” şirkəti NASA-da istifadə etməyi planlaşdırdığı yeni VR-qarnituru təqdim edib. “XTAL” adlı model 8K icazəsini dəstəkləyir və yaradıcıları cihazın “bu gün mövcud olan ən yüksək keyfiyyətli görüntü” təmin edə biləcəyini qeyd edirlər.

Cihazı sınaqdan keçirən Engadget nəşrinin müəllifi daha yaxşı görüntü əldə etməyə imkan verən yaxşılaşdırılmış render, AR (əlavə reallıq) qarışıq reallıq modulu və təkmilləşdirilmiş linzalar barədə danışıb. “Təsvirlərin dəqiq və aydın olması məni təəcübləndirdi. Bu model kifayət qədər yaxşıdı, hətta klaviaturada kiçik hərflərə də baxa bilərdim”- deyə qeyd edib.

hightech.fm saytının məlumatına əsasən, eynəklər göz izləmə funksiyası və baxış, səs əmrləri və ya jestlərdən istifadə edərək VR ilə qarşılıqlı əlaqə qurma qabiliyyətinə malikdir. Jest nəzarəti dəstin altına inteqrasiya edilmiş iki “Leap Motion” tənzimləyicisi sayəsində həyata keçirilir.

“XTAL” eynəklərinin dəyəri təxminən 8 min dollar təşkil edir. Şirkət eynəklərin NASA-da, həmçinin ABŞ-ın Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrində istifadə ediləcəyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.