Akademik Rasim Əliquliyev: “Texnologiya mədəniyyətləri qovuşduran töhfəsi ilə dünya sivilizasiyasının ayrılmaz parçası olduğunu bir daha göstərir” Dekabr 20, 2019 | 09:15 / Konfranslar, iclaslar

Bu gün Azərbaycanda ilk dəfə keçirilən “Ənənələri birləşdirək” adlı LOLA tədbirində çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bu toplantının Azərbaycanın elm və təhsili üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. O, qeyd etdi ki, Şərq Tərəfdaşlığının əsas məqsədlərindən biri genişzolaqlı İnternet şəbəkəsinin yaradılması və müvafiq ölkələrin aidiyyatı qurumlarının Avropanın elm və təhsil şəbəkəsinə inteqrasiyası, həmin ölkələrdə fəaliyyət göstərən alim və mütəxəssislərin beynəlxalq elmi əməkdaşlığına dəstək verilməsidir. Akademik rəhbərlik etdiyi qurumun da öz missiyasına uyğun olaraq bu prosesdə fəal iştirak etdiyini vurğuladı.

Onun sözlərinə görə, EaPConnect layihəsi çərçivəsində İnternet sürətinin 3Gb/s və backup (ehtiyat) xəttinin isə 1Gb/s sürətə çatdırılması üçün işlər aparılıb, təqdim olunan sürətin 70%-i isə, təhsil müəssisələri üçün ayrılıb.

Məruzəçi ötən ilin iyununda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda keçirilən toplantıda Bakı Musiqi Akademiyasında LOLA xidmətinin yaradılmasının təklif olunduğunu xatırlatdı.

R.Əliquliyev qeyd etdi ki, məhz LOLA sisteminin akademiyada tətbiqindən sonra BMA ilə Estoniya Musiqi və Teatr Akademiyası arasında yeni əməkdaşlığa dair memorandum imzalanıb, bundan əlavə, Latviya, Belarusiya kimi ölkələr birgə layihələrin hazırlanması məqsədilə Azərbaycana müraciət ediblər. O, sistemin İtaliyanın elm və tədqiqat şəbəkəsi olan GARR ilə əməkdaşlıq edən Cuseppe Tartini adına Triest konservatoriyası tərəfindən yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, hazırda bu sistemə dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulma həyata keçirilir.

Akademik bu ilin aprelin ayında rəhbərlik etdiyi institutun AzScienceNet elm və təhsil şəbəkəsinin dəstəyi, estoniyalı nümayəndələrin iştirakı ilə BMA-da quraşdırılmış LOLA audiovizual yayım sisteminin sınaq rejimində nümayiş olunduğunu qeyd etdi. O, bildirdi ki, sınaqlar zamanı məsafədən idarə olunan texnologiyaya əsaslanan LOLA sistemi vasitəsilə Estoniyada quraşdırılmış sistemlə onlayn bağlantı yaradılaraq bu texnologiyanın musiqi ifası ilə nümayişi həyata keçirilib.

Bilik, incəsənət, elm və texnologiya arasında sərhəd olmadığını nümayiş etdirən LOLA səs və videonu aparatlar vasitəsilə birləşdirməklə insanları qəlbən və ruhən bir-birinə yaxın hiss etdirir.

Sonda akademik bilik, incəsənət, elm və texnologiya arasında sərhəd olmadığını bizə nümayiş etdirən LOLAnın texnologiyanın mədəniyyətləri qovuşduran töhfəsi kimi dünya sivilizasiyasının ayrılmaz parçası olduğunu bir daha göstərdiyini  vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı