Amsterdamda GEANT-ın İdarəetmə Şurasının iclası keçirilib Dekabr 13, 2019 | 05:49 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev Niderlandın paytaxtı Amsterdam şəhərində keçirilən GEANT-ın İdarəetmə Şurasının iclasında iştirak edib.

Qeyd edək ki, iclasa təşkilatın layihə rəhbərləri Veronika Di LunaLeonie Şafer, IT mütəxəssisi Yeva Muraşkina, texniki məsələlər üzrə baş mütəxəssisi Kladio Allaçoi, satınalma üzrə mütəxəssisi İstvan Tetenyi, Şura üzvləri Raymundus TuminauskasValter van Dijk da qatılıb.

İclasda maliyyə və satınalma məsələləri, layihə çərçivəsində alınan avadanlıqlar, Moldova və Ukrayna arasında yeni optik kabelin çəkilməsi məsələləri müzakirə olunub. Həmçinin, mentorluq proqramı, “EaPEC 2020” konfransı, “Tədqiqatını işıqlandır 2019” ( Enlighten Your Research 2019) proqramı ətrafında danışıqlar, marketinq və kommunikasiyanın (Marcomms) vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

İclasda gələn ilin oktyabr ayında Bakıda keçiriləcək “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) bağlı görülən işlərin ilkin mərhələsi haqqında məlumat verilib, eləcə də AMEA-nın vitse-prezidenti, İTİ-nin direktoru, akademik Rasim Əliquliyevin EaPEC 2020 ilə bağlı irəli sürdüyü təkliflər səsləndirilib.

Tədbirdə, həmçinin EapConnect layihəsinin davamı olan EaPConnect2 ətrafında aparılan müzakirələrdə növbəti layihənin gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məsələlərinə həsr olunacağı vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı