İnstitutun şöbə müdiri “İlin peşəkar gənci” fəxri adı və döş nişanı ilə təltif olunub Dekabr 03, 2019 | 10:40 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mükafata layiq görülüb.

Konfederasiyanın “İlin peşəkar gənci” fəxri adı və döş nişanı ilə təltif olunmuş şöbə müdiri bu mükafata əməkdə, təhsildə və ictimai fəaliyyətində xüsusi nailiyyətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Babək Nəbiyev 2008-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda kompüter şəbəkələrinin monitorinqi və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlayıb.

2018-ci ildə “Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

B.Nəbiyev AMEA İnternet şəbəkəsində “Monitorinq və Təhlükəsizlik Sisteminin” yaradılması və inkişafı, “AzScienceNet” elm korporativ şəbəkəsinin infrastrukturunun yaradılması və AMEA İnternet şəbəkəsində (AzScienceCERT) informasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupunun yaradılması işlərində yaxından iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı