İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar problemlərinə həsr olunmuş konfrans başa çatdı Noyabr 29, 2019 | 05:50 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və AMEA İTİ-nin təşkilatçılığı ilə keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı öz işini uğurla başa çatdırdı.

Konfransın seksiya iclaslarının sədrləri çıxış edərək iclaslarda təqdim olunmuş məruzələri yüksək qiymətləndirdilər, konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması və informasiya təhlükəsizliyinin elmi-nəzəri, praktiki və humanitar problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

Daha sonar institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək bugünkü konfransda “Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktiki problemləri” istiqamətlərində öz əksini tapdığını qeyd etdi, aparılan elmi-tədqiqatlarda mühüm elmi nəticələrin əldə olunduğunu bildirdi.

Sonda Rəşid Ələkbərov konfransın işində fəal iştirak edən şəxslərə təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı