İnformasiya və biliklər iqtisadiyyatının innovativ perspektivlərinin qiymətləndirilməsi məsələləri müzakirə edildi Noyabr 27, 2019 | 11:42 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsində “İnformasiya və biliklər iqtisadiyyatının innovativ perspektivlərinin qiymətləndirilməsi məsələləri” mövzusunda elmi seminar keçirildi.

Məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev müasir dövrdə iqtisadiyyatın innovasiya və yüksək texnologiyaların tətbiqi ilə inkişaf etdirilməsi, onun neft-qaz ehtiyat­la­rı­nın ixracından mövcud asılılığının aradan qaldırılması, res­publikada qeyri-neft sektorunun daha sürətli inkişafına nail olunması, informasiya, texnologiya və biliyin geniş tətbiqi nəticəsində inkişaf edən informasiya və biliklər iqtisadiyyatının, o cümlədən rəqəmsal innovasiya iqtisadiyyatının və onun sektorlarının innovativ perspektivləri haqqında ətraflı məlumat verdi.

Ə.Əliyev informasiya və biliklər iqtisadiyyatını xarakterizə edən iqtisadiyyat, rəqəmsal iqtisadiyyat və cəmiyyət, qlobal rəqabət qabiliyyətliliyi, qlobal kreativlik, qlobal innovasiya, qlobal sahibkarlıq, texnoloji hazırlıq, iqtisadi stimullaşdırma və institusional rejim, kasıblıq və işsizlik səviyyəsi, bilik iqtisadiyyatı və s.  kimi indeksləri ayrı-ayrılıqda təhlil etdi. O, qeyd etdi ki, informasiya və biliklər iqtisadiyyatın inkişafı üzrə hər il ölkələrin  reytinqi illik hesabatlarda nəşr olunur.

Məruzəçinin sözlərinə görə, informasiya və biliklər iqtisadiyyatı sektorlarının səviyyəsinin qiymətləndirilməsində müxtə­lif yanaşmalar, göstərici-indikatorlar, metodikalar, indekslər və s. mövcuddur. Müqayisəli təhlillər və qiymətləndirmələr üçün seçilmiş ölkələr qru­pu­na istiqamətverici inkişaf etmiş ölkələr, postsovet, keçmiş SSRİ, MDB, regional, inkişaf etməkdə olan və oxşar şəraitli ölkələr daxil edi­lib. Eyni zamanda ölkə­da­xi­li regional səviyyələrdə iqtisadi-inzibati bölgü kimi qəbul edil­ib.

Ə.Əliyev informasiya və biliklər iqtisadiyyatının altsahələrinə İKT iqtisadiyyatı, kosmik iqtisadiyyat, bioiqtisadiyyat, nanoiqtisadiyyat, dil iqtisadiyyatı, tibb iqtisadiyyatı, təhsil iqtisadiyyatı, elm iqtisadiyyatı, kreativ iqtisadiyyat, incəsənət-art iqtisadiyyatı, mədəniyyət iqtisadiyyatı, idman iqtisadiyyatı, ekoloji dövri iqtisadiyyat, alternativ energetika iqtisadiyyatı, patent iqtisadiyyatı, teoloji iqtisadiyyatı, diaspor iqtisadiyyatı və s. aid etmişdir.

Eyni zamanda ənənəvi iqtisadiyyat sahələrinin informasiya, bilik, texnoloji,  innovasiya tutumlu tərkib altsahələrinin də bu bölməyə aid olduğunu vurğuladı.

Şöbə müdiri qeyd etdi ki, informasiya və biliklər iqtisadiyyatının inteqral indikatorunun hesablanmasını müəssisə və təşkilatlardan elm, İKT, informasiya cəmiyyəti, innovasiya və s. üzrə daxil olan müvafiq statistik hesabat göstəricilərinin nəzərə alınması əsasında da həyata keçirmək mümkündür.

Daha sonra Ə.Əliyev informasiya və biliklər iqtisadiyyatı sektorlarının kompozit indeksini formalaşdıran in­deks və subindekslərinin qiymətləndirilməsi sahəsindəki mövcud problemləri izah etdi.

Məruzəçi informasiya və biliklər iqtisadiyyatının müqayisəli qiymətləndirilməsi üzrə kompozit indekslər sisteminin iş­lənilməsinin elmi-metodoloji əsaslarını qeyd edərək bildirdi ki, kompozit indekslər sisteminin struk­tu­ru çoxsəviyyəli formada təklif olunur. Baş səviyyə özündən sonra gələn bütün aşağı sə­viy­yələri inteqrativ şəkildə əks etdirir və onu xarakterizə edən parametr kompo­zit indeks adlanır. Kompozit indeks qiymətləndirmənin nəticəsi olaraq formalaşır və müqayisəli təhlildə  aparıcı mövqe tutur.

Sonda Ə.Əliyev əldə olunan yekun nəticələri diqqətə çatdırdı. Qeyd etdi ki, mövcud indekslərin çoxu iqtisa­diy­yatın hərtərəfli qiymətləndirməsini tam həyata keçirə bilmir. Bununla yanaşı, o, kompozit indi­ka­tor­la­rının qurulması qaydaları, metodologiyası və praktikada özünü doğrult­muş müxtəlif metodoloji üsullardan effektiv istifadə olunmasının bəzi aspektlərini diqqətə çatdırdı. Onun sözlərinə görə, innovasiyavə bi­lik­lərə əsaslanan iqtisadiyyat sektorlarının  innovativ perspektivlərinininkişaf səviyyəsinin düzgün və dəqiq qiymətlən­diril­mə­si­ni həyata keçirən kompozit indekslər sisteminin işlənilməsi və müntəzəm olaraq onla­rın təkmilləşdirilməsi müasir dövrün tələbidir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı