Elektron kitabxanalarda fərdi məlumatların təhlükəsizliyi məsələləri araşdırılıb Noyabr 25, 2019 | 10:55 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsində institutun proqramçısı Firudin Əsgərov və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənovanın həmmüəllifliyi iləElektron kitabxanalarda fərdi məlumatların təhlükəsizliyi” mövzusunda hazırladıqları elmi seminar keçirildi.

Məruzəni təqdim edən F.Əsgərov elmi-texniki inkişafın sənaye cəmiyyətindən informasiya cəmiyyətinə doğru inkişaf etdiyini bildirdi. Kağız üzərində olan informasiyanın idarə edilməsi və qorunmasının virtual məkanda, elektron daşıyıcılarda informasiyanın qorunmasından  daha asan olduğunu diqqətə çatdırdı.

O, qeyd etdi ki, informasiya təhlükəsizliyinin problemlərindən biri fərdi məlumatların mühafizəsi ilə bağlı olan məsələdir. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanununa əsasən, fərdi məlumatlar  toplandığı andan mühafizə olunur və bu məqsədlə əldəolunma növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Şəxsin adı, soyadı və atasının adı açıq fərdi məlumatlardır.

Məruzəçi qeyd etdi ki, fərdi məlumatlar müasir dövrdə vətəndaşlara elektron xidmət göstərən bütün dövlət və özəl müəssisələrin sistemlərində toplanılır. Fərdi məlumatların müxtəlif formada toplandığı sistemlərə elektron tibb sistemlərini, kadrlar sistemini, bank sistemlərini, təhsil ilə bağlı sistemləri və s. nümunə göstərmək olar.

F.Əsgərov hər bir oxucunun e-kitabxana xidmətlərindən tam şəkildə istifadə edə bilməsi üçün ad və soyadını, e-poçt ünvanını, telefon nömrəsini və identifikasiya edilə bilən digər fərdi məlumatlarını kitabxanaçıya təqdim etməli olduğunu diqqətə çatdırdı. Vurğuladı ki, elektron kitabxanalarda və Kitabxana İdarəetmə Sistemində (KİS) oxucuların konfidensial məlumatlarının hazırlanma forması və bununla bağlı təcrübə nümayiş etdirilir.

Məruzəçi 1986-cı ildə Elektron Kitabxana Mərkəzində “Exlibris” şirkətinin “Alephino” Kitabxana İdarəetmə Sisteminin yardılmasından və onun müxtəlif inteqrasiya mühitinə fərqli adaptasiya versiyasına malik olmasından, sistemə daxil edilmiş sənədlərin və siyahıların fərdi qaydada formatlaşdırılması kimi üstünlüklərindən bəhs etdi. Bildirdi ki, burada oxucuların e-kitabxanadan istifadə tarixçəsini və müxtəlif zamanlarda əldə olunmuş informasiya resurslarının kimlər tərəfindən əldə olunmasını izləmək mümkün deyil.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı