Süni intellekt analiz nəticələrinə əsasən diaqnoz qoyacaq

05 Noyabr 2019 - 10:04 | Maraqlı məlumatlar
Süni intellekt analiz nəticələrinə əsasən diaqnoz qoyacaq

“CoBrain-Analytics” layihəsi Rusiyada süni intellektin tibbi analizlər əsasında pasiyentlərin xəstəliklərinin diaqnozunun qoyulması üçün xüsusi proqram hazırlandığını elan edib. Neyroşəbəkə diaqnoz qoymaqla yanaşı, həm də fərdi müalicə variantını təklif edəcək.

Süni intellekt qan və toxuma nümunələrini öyrənmək imkanına malik olacaq. Onun irsi onkoloji sindromları və ağır neyrodejenerativ xəstəliklərin diaqnozunu verə biləcəyi gözlənilir. Məlumatlar müxtəlif tibb müəssisələri və biobankların klinik məlumatları ilə müqayisə ediləcək. Tədqiqat bitdikdən sonra pasiyent fərdi müalicə seçimi alacaq.

4pda.ru saytının məlumatına əsasən, layihənin başlanması 2021-ci ilə planlaşdırılıb. Neyroşəbəkəyə əsaslanan diaqnostika sistemini işə salmaq üçün “CoBrain-Analytics” “Milli BioService” ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Layihə Milli texnologiya təşəbbüsü çərçivəsində təklif olunan “HelthNet” və “NeuroNet” proqramlarının “yol xəritəsi”nə daxil edilib.

Qeyd edək ki, bu layihə əsasında süni intellektdən yeni dərmanların hazırlanması üçün vasitə kimi istifadə edilməsi də planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.