Elektron kartların yeni növü sınaqdan keçirilir

09 Oktyabr 2019 - 11:46 | Maraqlı məlumatlar
Elektron kartların yeni növü sınaqdan keçirilir

Gələn ildən Tatarıstanda, Kemerovo və Moskva vilayətlərində işçilərin vahid tibbi kartlarının yaradılması üzrə pilot layihəsi istifadəyə verilir. Yeni layihənin ideyası ondan ibarətdir ki, kartlara yalnız işçilərin poliklinikalara və xəstəxanalara müraciətinə dair məlumatlar deyil, həm də peşə imtahanlarının nəticələri haqqında məlumatlar daxil edilsin.

meddaily.ru saytının məlumatına görə, “İşçinin vahid (elektron) tibbi kartı” platforması insanın sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün cihazlardan (qlyukometrlər, addımölçənlər, və s.) məlumatları əldə etməyə, uzunmüddətli əmək qabiliyyətsizliyi dövründə isə həkimlərin fəaliyyətini və pasiyentin davranışını təhlil etməyə imkan verəcək. Sistemin köməyi ilə insanların idarə olunması və aktiv həyat dövrünün uzadılmasına dair yanaşmalar dəyişiləcək.

İşçilərin sağlamlığının saxlanılması proqramının müəssisələrə təsirindən asılı olaraq işə götürənlər üçün sığorta tariflərinin dəyişdirilməsi gözlənilir. Proqramlar effektiv olarsa tariflər azaldılacaq. Elektron tibb kartları isə bu kimi proqramların məhsuldarlığını analiz etməyə kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.