“Built Robotics” şirkəti köhnə buldozerləri inşaat robotlarına çevirir

03 Oktyabr 2019 - 09:54 | Maraqlı məlumatlar
“Built Robotics” şirkəti köhnə buldozerləri inşaat robotlarına çevirir

“Built Robotics” şirkəti adi inşaat texnikasını sadə iş növlərini yerinə yetirə bilmək imkanına malik robotlara çevirərək iş prosesini optimallaşdırmağı təklif edir. Məsələn, ekskavator verilmiş ölçülərdə çuxur qazacaq və buldozer insanın bilavasitə nəzarəti olmadan ərazini təmizləyəcək. Bu, insan resurslarını daha səmərəli istifadə etməyə və kadr çatışmazlığını qismən kompensasiya etməyə imkan verəcək.

techcult.ru saytının məlumatına əsasən, bu addım köhnə, primitiv texnikanın müasirləşdirməsini nəzərdə tutur. Bunun üçün mühəndislər buldozerlərə nəzarət kameraları, lidarlar, GPS-naviqatorlar yerləşdirirlər və sadə məsələlərin qoyulması üçün proqram təminatı istifadə edirlər. Maşınlar iş ərazisini tərk edə bilmir və onlarda kənar şəxslərə və ya əşyalara toxunmamaq üçün bir neçə təhlükəsizlik sistemi və qəza söndürmə düyməsi mövcuddur.

Qeyd edək ki, “Built Robotics” bu yaxınlarda köhnə texnikanın müasirləşdirməsinə 33 milyon dollar investisiya cəlb edib. Lakin robotlar inşaatçılarla rəqabət aparmayacaqlar. Belə ki, onlar  yalnız ən sadə məsələləri həll etmək imkanına malikdir. Bu isə, insanlarda ağır və az maaşlı əl əməyi ilə məşğul olmaq əvəzinə təhsil almaq və bacarıqlarını təkmilləşdirmək üçün stimul yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.