İnformasiya Texnologiyaları İnstitutunda magistrantların tədris ilinə start verildi Sentyabr 16, 2019 | 05:08 / Mühüm hadisələr

Məlumdur ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ingilis dili, psixologiya, pedaqogika, fəlsəfənin əsasları kimi ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunmuşdur.

Cari ildə AMEA-nın magistraturasına 22 ixtisas, 75 ixtisaslaşma üzrə 120 tələbə qəbul olunmuşdur. 

Bu gün İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) 2019-2020-ci tədris ilində Akademiyada magistratura pilləsinə qəbul olunmuş magistrantlara xarici dil fənnindən ilk dərs keçirildi. Semestr ərzində keçiriləcək xarici dil fənni üzrə dərslər magistrantlara 3 qrup və 6 alt qrup üzrə tədris olunacaq.

Qeyd edək ki, ümumi fənlər üzrə nəzəri və praktiki dərslər TİM-də peşəkar müəllimlər tərəfindən tədris edilir, semestr imtahanları isə elektron test üsulu ilə həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı