İnstitut əməkdaşı nüfuzlu jurnalın redaksiyasının məsləhət şurasına üzv seçilib Sentyabr 16, 2019 | 10:03 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Review of Computer Engineering Research” beynəlxalq elmi jurnalının redaksiya məsləhət şurasına üzv seçilib.

Jurnalda kompüter mühəndisliyi elminin bütün sahələrinə aid tədqiqat materialları, icmallar və məqalələr nəşr olunur.

Kompüter elmləri, kompüter qrafikası və virtual reallıq, kompüter qrafikası və multimedia, kompüter modelləşdirilməsi, proqram mühəndisliyi, proqram təminatı, Soft Computing, biometrik texnologiya, mobil hesablama, modelləşdirmə və simulyasiya, multimedia proqram, sistem və xidmətləri jurnalın əsas elmi istiqamətləridir.

Qeyd edək ki, “The Conscientia Beam” Akademik Nəşriyyat Qrupu tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “RePEc” və “Q-Sensei” (Almaniya), “CNKI Scholar”, “China National Scientific Reports Database”, və “China Citations Database” (Çin), “Pak Academic Search” (Pakistan), “Scilit” (İsveçrə), “Socionet” (Rusiya) və digər bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı