Beynəlxalq İnformatika Olimpiadasının iştirakçıları Azərbaycan Milli Xalça Muzeyində olublar Avqust 08, 2019 | 11:00 / Mühüm hadisələr

Azərbaycanda keçirilən Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) iştirakçıları avqustun 7-də mədəni proqram çərçivəsində Azərbaycan Milli Xalça Muzeyini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.

Azərbaycan Milli Xalça Muzeyində onlara məlumat verilib ki, muzeyin sərgi zallarında və fondunda 13 min 300-dən çox eksponat saxlanılır. Muzeydə Quba, Qəbələ, Şirvan, Qazax, Təbriz, İrəvan, Gəncə, Şəki və digər şəhər və regionlardan Azərbaycanın zəngin tarixini əks etdirən qiymətli eksponatlar və sənət əsərləri nümayiş olunur.

Qeyd olunub ki, 2010-cu ilin noyabrında “Azərbaycan ənənəvi xalçatoxuma sənəti” UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Bakı şəhəri ilə tanışlıq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda davam etdirilib. Olimpiada iştirakçıları Qala divarları və tarix-memarlıq abidələri barədə məlumatlandırılıb. Qonaqlar “Qız qalası” və digər abidələrlə yaxından tanış olublar. Onların sözlərinə görə, Qız qalası və onun tarixi daha çox maraqlarına səbəb olub. Qonaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Azərbaycan Milli Xalça Muzeyindən zəngin təəssüratla ayrılıblar.

Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Əsas yarış Milli Gimnastika Arenasında keçirilir. Tədbirin bağlanış mərasimi Heydər Əliyev Mərkəzində olacaq. Məktəblilər “Atletlər kəndi”ndə yerləşdirilib. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərir. Onlar müxtəlif tədbirlər, maraqlı proqram sayəsində yarışdan kənar vaxtlarını səmərəli keçirə bilirlər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və digər məkanlara ekskursiyalar təşkil olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı