Rusiyada “hərbi İnternet” sınaqdan keçirilir Avqust 02, 2019 | 10:48 /

Rusiya silahlı qüvvələri yüksək sürətli informasiya mübadiləsi xətlərinə yiyələnir: Müdafiə Nazirliyi hərbi İnternet”i sınaqdan keçirib.

Saniyədə 300 meqabit sürətli informasiya mübadiləsi idarəetmə məntəqələri arasında iki mindən çox kilometr məsafə üzrə baş tutub. Uzaq məsafəli məlumatların ötürülməsi xətlərinin yaradılması üçün hərbçilər xüsusi texnikadan və mobil əlaqə və şifrləmə komplekslərindən istifadə ediblər.

popmech.ru saytının məlumatına görə, yeni sistem bir neçə min kilometr məsafədə məlumatların mübadiləsinə imkan verir, bütün əlaqə kanalları isə etibarlı qorunur. Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, bu kimi şəbəkələrə kənardan giriş əldə etmək qeyri-mümkündür. Təlimlər mərkəzi hərbi dairədə aparılıb və rəqəmsal informasiyanın ötürüldüyü xüsusi radio əlaqə kanallarının yaradılmasını ehtiva edib.

Mübadiləni böyük həcmli faylları, həmçinin audio və videoməlumatı ötürməyə imkan verən, yüksək səviyyədə qorunan lokal simsiz şəbəkə təmin edib. Təlimlərə 4500-dən çox hərbi qulluqçu cəlb edilib, simsiz şəbəkənin yaradılması üçün isə 1500-dən çox müasir əlaqə vasitəsindən istifadə olunub.

Ötürülən bütün məlumatlar qorunmuş informasiya ötürülməsi şəbəkələrini yaratmağa və istənilən informasiya axınını şifrləməyə imkan verən yüksək sürətli kriptomarşrutizator – “Nikel” mobil kompleksləri vasitəsilə məxfiləşdirilib. Şəbəkə tamamilə avtonomdur və onu İnternetlə bağlayan trafiklə mübadilə nöqtələrinə malik deyil.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı