Milli terminoloji sistem əsasında terminoloji proseslərin idarə edilməsi məsələləri araşdırılıb İyul 04, 2019 | 12:30 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin 2019-cu il üzrə yarım illik hesabatı müzakirə olundu. Şöbə müdiri Səyyar Abdullayev rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqaməti, eləcə də informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin araşdırılması mövzusu üzrə aparılan tədqiqatları diqqətə çatdırdı.

Məruzəçi bildirdi ki, hesabat dövrü ərzində elektron terminoqrafiyanın elmi-nəzəri problemləri, həlli yolları, müasir vəziyyəti, milli terminoloji sistem əsasında terminoloji proseslərin idarə edilməsi və təşkili ilə bağlı araşdırmalar aparılmış, məqalələr nəşr olunmuşdur.

S.Abdullayev elmi-innovasiya və praktiki fəaliyyət çərçivəsində informasiya texnologiyaları üzrə ən müasir terminlərin işlənilməsi ilə bağlı görülmüş işləri təqdim etdi. Onun sözlərinə görə, cari ildə informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlər informasiya texnologiyalarına aid jurnal, konfrans materialları ilə yanaşı, elektron kitabxanalardan axtarılıb tapılmış, toplanmış ən müasir terminlər əlifba sırası ilə hissələrlə yığılmış və sistemləşdirilmiş, onların Azərbaycan, ingilis və rus dillərində tərcüməsi və izahlı təsnifatı verilmiş, eləcə də müasir terminlər lüğətinin 5-ci hissəsi üçün terminlər işlənib hazırlanmışdır. Həmçinin “İnformasiya texnologiyaları üzrə müasir terminlər lüğəti” çapa təqdim olunmuşdur.

O, şöbədə cari il ərzində elmi-pedoqoji, elmi-təşkilati fəaliyyət, beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işləri də nəzərə çatdırdı.

Sonra şöbənin yarım illik hesabatına dair müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək terminoqrafiya fəaliyyətinin dilimizə daxil olan yeni sözlərin toplanması və sistemləşdirilməsi baxımından əhəmiyyətini qeyd etdi, bu sahədə aparılan araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı