İnstitutun şöbə müdiri İtaliyada elmi ezamiyyətdə olub İyul 03, 2019 | 03:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun  şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoruı, professor Məsumə Məmmədova 25-29 iyun 2019-cu il tarixlərində “Əmək bazarında peşə bacarıqlarının proqnozlaşdırılmasının və tələb və təklifin uyğunlaşdırılmasının rəqəmsal transformasiyası” mövzusunda 8-ci tematik seminarın işində iştirak etmək üçün İtaliyanın Milan şəhərində ezamiyyətdə olub. Tədbir Avropa Komissiyası, Avropa Təhsil Fondu və İtaliyanın Bikokka Universitetinin birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramının 4-cü Platforması çərçivəsində həyata keçirilib. Azərbaycan bu seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutundan olan ekspert qrupu ilə təmsil olunub.

Avropa İttifaqı tərəfindən qlobal texnoloji çağırışlara cavab olaraq gələcəyin əmək bazarı, müəssisələri, iş yerləri və zəruri olan yeni bacarıqların proqnozlaşdırılması nəzərə alınan tematik seminarda müzakərələr üç istiqamət üzrə aparılıb.

Tələb və təklifin rəqəmsal transformasiyası və əmək bazarı vəziyyətinin real zaman rejimində qiymətləndirilməsi üçün Big Data texnologiyasının tətbiqi adlı birinci istiqamətdə Milanın Bikokka Universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqatlar rəqəmsal innovasiyalardan biri kimi qiymətləndirilib və mövzu üzrə müvafiq təqdimatlar seminar iştirakçılarının nəzərinə çatdırılıb. Problemin konseptual qoyuluşu, Big Data  texnologiyası əsasında çox sayda iş elanları təqdim edən elektron mənbələrin identifikasıyası, milyonlarla vakansiyanın  real zaman rejimində praktikada toplanması, iş yerlərinə dair bacarıqlara qoyulan tələblərin təmizlənməsi, normallaşdırılması, emalı, bacarıqlar haqqında məlumatların əldə edilməsi, təhlili və vizualizasiyası, əmək bazarı analitikasının əldə edilməsi metodları və platformaları nəzərdən keçirilib.

İkinci istiqamət üzrə peşakar bacarıqların və iş yerlərinə qoyulan tələblərin uyğunlaşdırılması kontekstində ömür boyu təhsil və peşəyönümündə yeni rəqəmsal platformaların tətbiqi, əmək bazarı analitikası əsasında təhsil siyasətinin formalaşdırılması və təhsil və təlim proqramlarının planlaşdırması qərarlarının qəbulu, bacarıqların unifikasiyasında Avropanın bacarıqlar, kompetensiyalar, kvalifikasiyalar və peşələr üzrə çoxdilli rolu, strukturu, üstünlükləri və istifadəsi yolları təqdim edilib.

Regional Əməkdaşlıq adlı üçüncü istiqamətdə Şərq Tərəfdaşlığı Proqramında təmsil olunan ölkələrdə son iki il ərzində peşə bacarıqlarının inkişafı, proqnozlaşdırılması, tələb və təklifin uyğunlaşdırılması istiqamətində baş vermiş yeniliklər və görülmüş işlərə dair yenilənmiş ölkə profilləri və fəaliyyət planları hazırlanıb təqdim edilib.

Azərbaycan komandası adından təqdimat edən prof. M.Məmmədova “Azərbaycan: əmək bazarında tələb və təklifin proqnozlaşdırılması və uyğunlaşdırılması ekosisteminin formalaşması və inkişafı üzrə təşəbbüslər və nailiyyətlər” mövzusunda çıxış edərək, ölkəmizdə bu istiqamətdə aparılan işlər və tədqiqatlar haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı