AMEA-nın magistrantları psixologiya fənnindən imtahan veriblər İyun 13, 2019 | 12:00 / Mühüm hadisələr

2018/2019-cu tədris ilində AMEA-nın magistraturasında təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb. AMEA prezidenti, akademik Akif Əlizadənin 480 saylı 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.

Bu gün AMEA-nın I kurs magistrantları TİM-də “Psixologiya” fənnindən imtahan veriblər. İmtahanlarda AMEA-nın institutlarından ümumilikdə 64 nəfər iştirak edib.

Qeyd edək ki, “Fəlsəfənin əsasları” və “Pedaqogika” fənnindən imtahanlar isə müvafiq olaraq 18 və 21 iyun tarixlərində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı