Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb İyun 12, 2019 | 12:28 / Mühüm hadisələr

İyunun 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi keçirilir.

AZƏRTAC-ın məlumatına görə, tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov tərəfindən Prezident İlham Əliyevin Konfrans və Sərgi iştirakçılarına ünvanladığı məktubu səsləndirildi.

Novruz Məmmədov ölkədə informasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərdən danışaraq ölkə rəhbərliyi tərəfindən bu sahəyə böyük diqqət ayrıldığını və Azərbaycanda bununla bağlı kifayət qədər işlər görüldüyünü bildirdi. Qeyd etdi ki, Dövlət Gömrük Komitəsi informasiya texnologiyalarının inkişafına öz töhfəsini verən qurumlar sırasındadır.

Baş Nazir Ümumdünya Gömrük Təşkilatının bu Konfrans və Sərgisinin Bakıda keçirilməsinin Azərbaycanın informasiya texnologiyaları sahəsində uğurla irəlilədiyinin bariz nümunəsi olduğunu vurğuladı.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirin vacibliyini diqqətə çatdıraraq qeyd etdi ki, elektron xidmətlər sırasında elektron gömrük Azərbaycanda ön sıralardadır. Onun sözlərinə görə, bu istiqamətdə ciddi islahatlar aparılıb, şəffaflığın təmin edilməsi baxımından vacib işlər görülüb. Gömrük Komitəsi sahibkar-məmur münasibətlərinin minimuma endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi baxımından da mühüm nailiyyətlər əldə edib.

S.Mehdiyev bildirdi ki, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi bu təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin informasiya texnologiyaları barədə fikir mübadiləsi aparması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və gömrük xidmətlərinin təcrübələrinin bölüşməsi baxımından əhəmiyyət kəsb edir.

Qeyd edək ki, tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da iştirak edirdilər.

İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi iyunun 14-dək davam edəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı