Qrid sistemlərində təhlükəsizlik texnologiyaları analiz olunub İyun 04, 2019 | 09:46 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın qrid sistemlərində təhlükəsizlik texnologiyalarının analizi məsələlərinə həsr olunduğunu bildirdi.

Şöbənin əməkdaşı Səməd Dursunov məruzə ilə çıxış edərək qrid sistemlərində istifadə olunan proqram platformaları – “Globus Toolkit”, “UNICORE”, “gLite” barədə məlumat verdi. Məruzəçi qrid sistemlərində istifadə edilən təhlükəsizlik standartlarından söz açaraq buraya Kerberos, TLS (Transport Layer Security), PKIX (Public key infrastructure), CMS (Cryptographic Message syntax), GSS-API-nin(Generic Security Service API)aid edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Kerberos standartı birdəfəlik avtorizasiyanı və ötürülən informasiyanın çevik qorunmasını, TLS doğruluğu, tamlığı və informasiyanın məxfiliyini təmin edir. Onun sözlərinə görə, PKIX açıq açar və imtiyazların idarə olunması infrastrukturları üçün olan ITU-T standartı, CMS rəqəmsal imza, autentifikasiya və ya hər hansı rəqəmsal məlumatın şifrələnməsi üçün istifadə olunan standart, GSS-APIisə oxşar təhlükəsizlik xidmətlərinin uyğunsuzluq problemlərini aradan qaldırmaq üçün nəzərdə tutulan standartdır.

Məruzəçi paylanmış hesablama mühitinin təhlükəsizlik sistemlərinə olan tələbləri haqqında danışdı. Bildirdi ki, bu tələblər istifadəçilərin birdəfəlik qeydiyyatının aparılması, hüquqların ötürülməsi, lokal təhlükəsizlik sistemləri ilə inteqrasiya və etibarlılıq əlaqələrinin həyata keçirilməsi imkanlarından ibarətdir.

O, həmçinin Grid Security Infrastructure (GSI) barədə məlumat verərək bildirdi ki, GSI istifadəçilər və tətbiqlərin resurslara təhlükəsiz şəkildə daxil olmasına imkan verən, “Globus Toolkit” platformasında istifadə olunan bir sıra alət, kitabxana və protokollardır. GSI sistemində hər bir istifadəçi şəbəkə üzərində şəxsiyyətini təsdiq etmək üçün X.509 sertifikatı və fərdi açardan istifadə etməlidir.

S.Dursunov GSI-yə birdəfəlik giriş əldə etməyin üstünlükləri, proksi sertifikat, böyük miqyaslı paylanmış hesablama nümunəsi, GSI-nin xüsusiyyətləri və s. haqqında məlumat verdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı