İnstitut əməkdaşının məqaləsi nüfuzlu jurnalda nəşr olunub İyun 03, 2019 | 12:15 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın  “An Examination of the Methods of Increasing Software Efficiency Based on Soft Computing Technology” (“Soft Computing texnologiyaları əsasında proqram təminatının səmərəliliyinin artırılması metodlarının tədqiqi”) adlı məqaləsi “Review of Computer Engineering Research” jurnalında nəşr olunub.

Məqalədə Soft Computing texnologiyaları əsasında proqram təminatının səmərəliliyinin artırılması metodları tədqiq edilmişdir. Soft Computing-ə aid komponentlər təhlil olunmuş, onların proqram təminatında istifadə edilməsi, üstün cəhətləri və problemləri araşdırılmışdır. Maşın təlimi və onun xüsusiyyətləri izah olunaraq neyron şəbəkələrin, perseptron, dayaq vektor maşınları, qeyri-səlis məntiq, eləcə də təkamül hesablamaları və alqoritmləri, genetik alqoritmlərin funksiyaları və xüsusiyyətləri aydınlaşdırılmış, müqayisəli təhlillər aparılmış və tövsiyələr verilmişdir.

Qeyd edək ki, “The Conscientia Beam” Akademik Nəşriyyat Qrupu tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “RePEc” (Almaniya), “CNKI Scholar” (Çin), “Pak Academic Search” (Pakistan), “Scilit” (İsveçrə)  və digər bazalarda indeksləşir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı