İnstitutun magistrantlarının sessiya imtahanlarına start verildi İyun 03, 2019 | 11:17 / Mühüm hadisələr

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının yay imtahan sessiyasına start verildi. İnstitutun Tədris-İnnovasiya Mərkəzində “Elmi tədqiqatların əsasları” fənnindən keçirilən imtahanda “Kompüter mühəndisliyi”, “Kompüter elmləri” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə təhsil alan 6 magistrant iştirak edirdi.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 7 may 2019-cu il tarixli sərəncamına əsasən, magistrantların 2018/2019-cu tədris ili üzrə yay imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılmışdır.

Növbəti – “İntellektual sistemlər”, “Kriptoqrafiya”, “Kompüter şəbəkələrinin təhlükəsizliyi”, “Veb-proqramlaşdırma dilləri” fənlərindən imtahanların 7, 10 və 25 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı