Veb-spamlarla mübarizədə link və kontent analizə əsaslanan texnologiya və metodlar araşdırılır May 01, 2019 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “Veb-spamlarla mübarizədə link və kontent analizə əsaslanan texnologiyalar və metodlar” adlı məruzəni şöbənin doktorantı Xəyyam Nurəliyev təqdim etdi. O, veb-spamlar, növləri, eləcə də onlarla mübarizədə axtarış sistemləri metodları haqqında məlumat verdi. Bildirdi ki, veb-spam axtarış sistemlərinin nəticəsində əlaqəli səhifələrin əlaqəsiz səhifələrdən daha yüksək ranqlaşdırma dərəcəsi aldığı üsuldur.

Onun sözlərinə görə, veb-spamları təyin etmək üçün kontent və link analizə əsaslanan iki əsas yanaşma mövcuddur. Axtarış sistemlərində kontent spamları aşkarlamaq üçün vektor, ehtimal və statistik dil modellərindən istifadə olunur.

Daha sonra məruzəçi link spamlar haqqında danışdı, onun “outgoing” və “incoming” link kimi növlərinin olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, link spamlarda spam yaradanlar hədəf səhifəyə birbaşa keçid verərək axtarış sistemlərinin nəticələrini dəyişirlər.

X.Nurəliyev kontent və link analizə əsaslanan texnologiyalar, eləcə də alqoritmlər barədə məlumat verərək bildirdi ki, link əsaslı spamlar “PageRank”, “TrustRank”, “Truncated PageRank” və “Estimation of Supporters” kimi ölçü qruplarına bölünür.

Veb-spamlarla mübarizədə “Google Penguin”, “Google Sandbox” və “Google Panda” kimi axtarış sistemləri metodlarından istifadə olunduğunu diqqətə çatdıran məruzəçi onların üstünlüklərindən danışdı.

Seminarda institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev iştirak edərək müzakirə olunan problem haqqında rəy və təkliflərini bildirdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı