Mədinə xanımı təbrik edirik! Aprel 29, 2019 | 04:00 / Yubileylər

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi və şöbə müdiri Mədinə Səidovanın 70 yaşı tamam olur.

Mədinə xanım mənəvi keyfiyyətləri, nəcib insani xüsusiyyətlərinə görə kollektivdə sevilən, dərin hörmət qazanan ziyalı xanımlardan biridir. AMEA İnformasiya Texnologiyaları İnstitutunda 45 ildən artıq çalışdığı müddət ərzində Mədinə xanım məhsuldar fəaliyyəti ilə hər zaman fərqlənən dəyərli kadrlardan olub. O, hər bir işdə yüksək peşəkarlıq nümayiş etdirməklə gənclərə örnək olub. Mədinə xanım gənc nəslin yüksək qabiliyyətli kadr kimi formalaşmasına böyük qayğı ilə yanaşır, institutda təşkil olunan müxtəlif tədbirlərin təşkilində yaxından iştirak edir. Bu fəaliyyəti ilə o, rəhbərliyin böyük etimad və hörmətini qazanıb.

Ömrünün müdrik çağına qədəm qoyan, öz gözəl çöhrəsi, gülər üzü ilə hər birimizin qəlbinə yol tapan Mədinə xanım yüksək mənəviyyatı, tükənməz enerjisi, yaradıcılıq qabiliyyəti, əməksevərliyi sayəsində iş yoldaşları, dost-tanışları arasında böyük hörmət qazanıb.

İnstitutun kollektivi Mədinə xanımı yubileyi münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-təşkilati, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı