İnstitutun əməkdaşları GEANT Assosiasiyasının “İctimai İşlər üzrə Seminar”ında iştirak ediblər Aprel 22, 2019 | 11:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Səbinə MəmmədzadəKönül Əliyeva 8-9 aprel 2019-cu il tarixlərində Almaniyanın Berlin şəhərində GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) “Community Programme”ı və Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinin birgə təşkilatçılığı ilə keçirilən “İctimai İşlər üzrə Seminar”da (Public Affairs Workshop) iştirak ediblər.

Seminar iştirakçıları lobbiçilik fəaliyyəti ilə yanaşı, təşkilatların nüfuzunun formalaşmasında mühüm rol oynayan, yalnız milli səviyyədə (regional, yerli) deyil, beynəlxalq arenada da aktual məsələlərdən biri olan İctimai İşlər dünyası ilə tanış etməyi, eləcə də iştirakçıların fəaliyyət göstərdikləri təşkilatlarda İctimai İşlər üzrə strategiyanın inkişaf etdirməsinə dəstək verməyi nəzərdə tutub.

İnteraktiv formatda keçirilən seminarın açılış mərasimində iştirakçıların seminar haqqında gözləntiləri dinlənilib, səsləndirilən fikirlər seminarın sonunda yenidən nəzərdən keçirilib. Seminarda təşkilatların strategiyaları, onların siyasi qərarların qəbul edilməsinə təsiri, lobbiçilik fəaliyyəti, lobbiçilik üzrə maraq qruplarının və siyasətçilərin fəaliyyətinin işıqlandırılmasında medianın rolu məsələləri ətrafında müzakirələr aparılıb. Həmçinin İctimai İşlər və lobbiçilik fəaliyyəti biznes imkanları baxımından müzakirə olunub və İctimai İşlərin əsas anlayışları izah edilib. Seminarda milli və Avropa səviyyəsində tədqiqat və təhsil işçiləri üçün zəruri olan İctimai İşlər üzrə məsələlərə də toxunulub.

Seminarın sonunda GEANT-ın Milli Tədqiqat və Təhsil Şəbəkələrinin (National Research and Education Network) nümayəndələrinin İctimai İşlər üzrə strategiyaları təqdim olunub. Bu strategiyaların geniş icmalının Avropa Elm və Təhsil Şəbəkələrinə təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, S.Məmmədzadə və K.Əliyeva ezamiyyət çərçivəsində, həmçinin Marketinq və Kommunikasiya üzrə Xüsusi Maraq Qrupunun (The Special Interest Group on Marketing Communications, SIG-Marcomms,) sosial media üçün videomaterialların hazırlanması üzrə “Marcomms” treninqində iştirak ediblər. Bu qrup kommunikasiya, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində Avropanın tədqiqat və təhsil şəbəkələşmə təşkilatları arasında əməkdaşlığı inkişaf etdirir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı